• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan üzərindən beynəlxalq yükdaşımalarının həcmi 14 milyon ton təşkil edib

Azərbaycan üzərindən beynəlxalq yükdaşımalarının həcmi 14 milyon ton təşkil edib
03.06.2026 14:01

Azərbaycan üzərindən tranzit yükdaşımalarının həcmi 7 milyon tona çatıb

 

Azərbaycan üzərindən həyata keçirilən tranzit yükdaşımalarının həcmi 2025-ci ildə 7 milyon tona çatıb, ümumi beynəlxalq yükdaşımalarının həcmi isə təxminən 14 milyon ton təşkil edib. Bu ilin sonuna qədər yükdaşımaların həcminin keçən ilkinfən az olmaması gözlənilir. Bunu Anews .az müsahibəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yükdaşımalar Departamentinin direktoru Sübhan Əbilov  bildirib.

Onun sözlərinə görə, 7 milyon ton göstərici yalnız tranzit daşımaları əhatə edir.

“Tranzit daşımalarının həcmi təxminən 7 milyon tondur. Bundan əlavə, Azərbaycanın xarici ölkələrlə həyata keçirdiyi idxal-ixrac və digər ikitərəfli beynəlxalq yükdaşımalarının həcmi də təxminən 7 milyon ton təşkil edir. Beləliklə, ümumi beynəlxalq yükdaşımalarının həcmi 14 milyon tona yaxınlaşır”, – Əbilov deyib.

O bildirib ki, son illərdə Azərbaycanın tranzit potensialının artması, xüsusilə Orta Dəhlizin əhəmiyyətinin yüksəlməsi yük axınlarının artmasına səbəb olub.

Əbilovun sözlərinə görə, aparılan islahatlar nəticəsində milli daşıyıcıların beynəlxalq yük bazarlarına çıxışı xeyli asanlaşıb.

“İcazələrin verilməsi prosesi tam elektronlaşdırılıb. Daşıyıcılar artıq dövlət qurumlarına müraciət etmədən, məsafədən elektron sistem vasitəsilə icazələr əldə edə bilirlər. Türkiyə ilə elektron icazə sistemi tam tətbiq olunub, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla da elektron mübadilə həyata keçirilir”, – o qeyd edib.

AYNA rəsmisi bildirib ki, Azərbaycan MDB məkanında ilk dəfə olaraq beynəlxalq yükdaşımaları üçün icazələrin 7 gün 24 saat rejimində, fiziki təmas olmadan verilməsini təmin edib.

“Bu gün sürücülər olduqları ölkədən sistemə daxil olaraq Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan üzrə elektron icazələri dərhal əldə edə bilirlər”, – Əbilov vurğulayıb.

Onun sözlərinə görə, Gürcüstan, Çin və Ukrayna ilə elektron icazələrin tətbiqi istiqamətində işlər davam edir, Rusiya və İranla isə artıq müvafiq razılaşmalar əldə olunub.

Əbilov qeyd edib ki, Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun üzvü kimi çoxtərəfli icazələr əsasında Avropa İttifaqının bütün ölkələrinə yükdaşımaları həyata keçirir.

Çin istiqamətində əməkdaşlığın genişləndirildiyini bildirən departament direktoru deyib ki, bu il AYNA rəhbərliyinin və milli daşıyıcıların iştirakı ilə Çinə səfər təşkil olunub.

“Çinlə mübadilə olunan icazələrin sayı beş dəfə artırılıb. Əvvəllər 1000 ikitərəfli-tranzit və 500 üçüncü ölkə icazəsi mübadilə edilirdisə, əldə olunan razılaşmaya əsasən bu rəqəmlər müvafiq olaraq 5000 və 2500-ə çatdırılıb”, – o bildirib.

Əbilov əlavə edib ki, nümayəndə heyəti Çinin ən böyük sərhəd-keçid məntəqələrindən biri olan Xorqoş logistika mərkəzində görüşlər keçirib və Azərbaycan daşıyıcıları ilə Çin şirkətləri arasında yeni əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində addımlar atılıb.

“Gözləyirik ki, Çin istiqamətindən Azərbaycan üzərindən keçən yüklərin həcmində ciddi artım olacaq”, – AYNA rəsmisi qeyd edib.

O əlavə edib ki, 2026-cı il üzrə tranzit daşımalarının həcmi ilə bağlı dəqiq proqnoz vermək hələ tezdir və cari ilin yekun göstəriciləri ilin sonunda açıqlanacaq. 
 

N.Təbrizli

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol