• $
  • €
  • ₽
  • ₺
  • £

EBRD növbəti dəfə Bank Respublika-nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi

EBRD növbəti dəfə Bank Respublika-nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi
10.06.2026 09:39

Bank Respublika EBRD-nin Riqada keçirilən İllik Toplantısında növbəti mükafat qazandı!


Bank Respublika Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Ticarətə Yardım Proqramı (Trade Facilitation Programme – TFP) çərçivəsində 2025-cı il üzrə “Azərbaycanda ən fəal emitent-bank” adına layiq görülüb. Bu mükafat bankın beynəlxalq ticarətin maliyyələşdirilməsi istiqamətində göstərdiyi yüksək nəticələrin və etibarlı tərəfdaş mövqeyinin növbəti beynəlxalq təsdiqidir. 

 

Mükafatlandırma mərasimi EBRD-nin Rəhbərlər Şurasının Latviyanın paytaxtı Riqa şəhərində keçirilən illik toplantısı çərçivəsində baş tutub. Qeyd edək ki, bu mükafat “Bank Respublika”nın bu sahədə dördüncü il ardıcıl olaraq qazandığı uğurudur.

 

Qazanılan uğur Bank Respublika-nın beynəlxalq maliyyə institutları ilə qurduğu möhkəm əməkdaşlıq münasibətlərinin, eləcə də ticarətin maliyyələşdirilməsi sahəsində çalışan peşəkar komandasının ardıcıl fəaliyyətinin nəticəsidir. Eyni zamanda, bu mükafat Azərbaycanın beynəlxalq və regional ticarətdə artan rolunun və ölkə bank sektorunun yüksələn potensialının göstəricisi kimi qiymətləndirilə bilər.

 

Bank Respublika sahibkarlıq subyektləri və korporativ müştərilər üçün ticarətin maliyyələşdirilməsi üzrə müasir məhsul və xidmətlər təqdim etməyə davam edir. Bank ölkə iqtisadiyyatının dayanıqlı inkişafına, bizneslərin beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinə və xarici ticarət əlaqələrinin gücləndirilməsinə töhfə verməyi strateji prioritetlərindən biri hesab edir.








 

**********************************************************************************************

 

? Daha ətraflı məlumat üçün:
? Veb sayt: www.bankrespublika.az
? Sosial şəbəkələr:  ? Facebook | ? Instagram | ? LinkedIn      | ? Telegram
? Çağrı Mərkəzi: 144 

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol