• $
  • €
  • ₽
  • ₺
  • £

OPEC: Bakı–Tbilisi–Ceyhan kəməri ilə neft ixracı apreldə azalıb

OPEC: Bakı–Tbilisi–Ceyhan kəməri ilə neft ixracı apreldə azalıb
12.06.2026 08:33

Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri ilə ixrac olunan neft həcmi aprel ayında azalıb. Bu barədə OPEC-in aylıq neft bazarı hesabatında bildirilir.

Məlumata görə, BTC vasitəsilə gündəlik orta ixrac mart ayı ilə müqayisədə 47 min barrel və ya təxminən 8% azalaraq sutkada 541 min barrel təşkil edib.

İllik müqayisədə isə kəmər vasitəsilə daşınan neft həcmi 2025-ci ilin aprel ayı ilə müqayisədə 64 min barrel və ya təxminən 11% az olub.

Bakı–Tbilisi–Ceyhan kəməri Xəzər neftinin əsas ixrac marşrutlarından biri hesab olunur və Azərbaycan neftini Gürcüstan üzərindən Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanına çatdırır.

OPEC-in məlumatına görə, Rusiya və Mərkəzi Asiya ölkələrinin ümumi xam neft ixracı apreldə əsasən sabit qalaraq gündəlik təxminən 6,6 milyon barrel olub. Bu, əvvəlki ayla müqayisədə cəmi 26 min barrel artım deməkdir.

Novorossiysk limanı vasitəsilə ixracın azalması əsasən Baltik limanları və “Drujba” neft kəməri ilə tədarükün artması hesabına kompensasiya olunub.

“Transneft” sistemi vasitəsilə ixrac apreldə gündəlik təxminən 3,8 milyon barrel təşkil edib ki, bu da mart ayı ilə müqayisədə demək olar dəyişməyib, lakin ötən ilin eyni dövrü ilə müqayisədə 127 min barrel azdır.

Novorossiysk vasitəsilə daşınmalar 184 min barrel və ya 28% azalaraq gündəlik 475 min barrelə düşüb. Eyni zamanda Baltik limanları vasitəsilə ixrac 125 min barrel artaraq təxminən gündəlik 1,6 milyon barrelə çatıb.

“Drujba” neft kəməri ilə ixrac Macarıstan və Slovakiyaya tədarükün bərpası, həmçinin Qazaxıstan neftinin Almaniyaya sabit nəqli hesabına iki dəfədən çox artıb. Bununla belə, gündəlik 106 min barrelə yüksəlməsinə baxmayaraq, bu göstərici 2025-ci ilin aprel ayı ilə müqayisədə 61% aşağı olaraq qalıb.
 

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol