• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika “Ümumdünya Qan Donoru Günü” ərəfəsində ənənəvi qanvermə aksiyası keçirib

Bank Respublika “Ümumdünya Qan Donoru Günü” ərəfəsində ənənəvi qanvermə aksiyası keçirib
12.06.2026 10:54

Bank Respublika-dan həyatlara toxunan təşəbbüs

Bakı, 12 iyun 2026-ci il. Bəzən bir neçə dəqiqə vaxt ayırmaq kiminsə həyatına ümid olmaq üçün kifayətdir. “14 iyun - Ümumdünya Qan Donoru Günü” ərəfəsində Bank Respublika əməkdaşları növbəti dəfə belə bir məqsəd naminə bir araya gələrək qanvermə aksiyasında iştirak ediblər.

Respublika Qan Bankı təşkilatçılığı ilə Bankın Baş Ofisində təşkil olunan aksiya talassemiya, hemofiliya və leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək məqsədi daşıyıb.

Tədbirə Bank Respublika-nın İdarə Heyətinin sədri Tariyel İsmayılov, rəhbər şəxslər və əməkdaşlar böyük həvəslə qoşulublar. Hər bir donor qanvermədən əvvəl peşəkar həkim-hematoloqların müayinəsindən keçib və proses bütün tibbi tələblərə uyğun həyata keçirilib.

Bank Respublika-da qanvermə aksiyaları artıq gözəl bir ənənəyə çevrilib. İllərdir davam edən bu ənənə sayəsində bank əməkdaşları ehtiyacı olan insanlara dəstək olmaq üçün bir araya gəlir və birlikdə xeyirxah missiyaya töhfə verirlər.

Bank Respublika inanır ki, xeyirxahlıq paylaşıldıqca böyüyür. Bir damla qan, bir ümid, bir həyat deməkdir. Məhz buna görə də bank hər kəsi donor olmağa və bu nəcib missiyaya qoşulmağa çağırır.

 

? Daha ətraflı məlumat üçün:
? Veb sayt: www.bankrespublika.az
? Sosial şəbəkələr:  ? Facebook | ? Instagram | ? LinkedIn      | ? Telegram
? Çağrı Mərkəzi: 144 

 

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol