• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan halal iqtisadiyyatı üzrə əməkdaşlığın gücləndirilməsinə çağırıb

Azərbaycan halal iqtisadiyyatı üzrə əməkdaşlığın gücləndirilməsinə çağırıb
16.06.2026 09:50

Azərbaycan halal iqtisadiyyatının potensialından tam istifadə olunması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır və standartlaşdırma, sertifikatlaşdırma, maliyyələşmə və rəqəmsal transformasiya ilə bağlı üzv ölkələrin və inkişaf institutlarının birgə fəaliyyətini tələb edir. Bunu  İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən İllik Toplantıları çərçivəsində təşkil olunan Ashab Forumunda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyi. 
 

" Halal iqtisadiyyatı artıq qida sənayesindən kənara çıxaraq maliyyə, kosmetika, turizm, logistika və rəqəmsal texnologiyalar kimi sahələri də əhatə edir və investisiya ilə ticarət üçün yeni imkanlar yaradır", - Məmmədov deyib. 

Onun sözlərinə görə, etik prinsiplərə və risklərin bölüşdürülməsinə əsaslanan islam maliyyəsi xüsusilə kiçik və orta biznesin inkişafına dəstək verə və üzv ölkələr arasında investisiyaların artmasına kömək edə bilər.

Məmmədov bildirib ki, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın təşviqi istiqamətində aparılan islahatlar hesabına halal yönümlü biznes və investisiyalar üçün regional mərkəzə çevrilməyi hədəfləyir.

N.Təbrizli

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol