• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ilk sukukun emissiyasına hazırlaşır -Kazımov

Azərbaycan ilk sukukun emissiyasına hazırlaşır -Kazımov
17.06.2026 09:30

Azərbaycan İslam maliyyəsinin inkişafı üçün qanunvericilik və tənzimləyici bazanı formalaşdırır və ölkənin ilk sukuk istiqrazlarının emissiyasına hazırlaşır. Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov İslam İnkişaf Bankı Qrupunun 20-ci Forumunda bildirib.

Kazımovun sözlərinə görə, ölkədə İslam maliyyə alətlərinin tətbiqini təmin etmək üçün Mülki Məcəlləyə, Vergi Məcəlləsinə və maliyyə sektorunu tənzimləyən qanunvericiliyə dəyişikliklər hazırlanıb.

O qeyd edib ki, bazar iştirakçılarının hazırkı hazırlıq səviyyəsi nəzərə alınaraq ilkin mərhələdə “islam pəncərəsi” modelindən istifadə ediləcək, daha sonra isə tələbdən asılı olaraq tammiqyaslı fəaliyyətə keçid məsələsinə baxılacaq.

Mərkəzi Bankın rəhbəri bildirib ki, hazırda iki kommersiya bankı Mərkəzi Bankın nəzarəti altında Murabaha və Mudaraba kimi şəriətə uyğun maliyyə məhsullarını sınaqdan keçirir. Bu layihələr Tənzimləyici Sandbox mexanizmi çərçivəsində həyata keçirilir.

Kazımov əlavə edib ki, Azərbaycan İslam İnkişaf Bankı ilə birlikdə sukuk bazarının yaradılması istiqamətində ayrıca layihə həyata keçirir. Layihə hüquqi və tənzimləyici çərçivənin formalaşdırılmasını, maliyyə institutlarının potensialının artırılmasını və ölkədə ilk sukukun buraxılışını nəzərdə tutur.

Onun sözlərinə görə, İslam maliyyəsi sərhədlərarası investisiyaların və özəl sektorun inkişafının dəstəklənməsində mühüm rol oynaya bilər. Azərbaycan ESG prinsiplərini milli inkişaf strategiyasına inteqrasiya edib və İslam maliyyəsinin real iqtisadi fəaliyyətə əsaslanması bu məqsədlərlə üst-üstə düşür.

Kazımov bildirib ki, növbəti mərhələdə əsas diqqət maliyyə institutlarında, nəzarət orqanlarında və auditor təşkilatlarında İslam maliyyəsi üzrə insan kapitalının inkişafına yönəldiləcək. Bu məqsədlə beynəlxalq tərəfdaşlarla birlikdə seminarlar və təlim proqramları təşkil olunacaq.

N.Tebrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol