• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır

Kapital Bank 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır
03.07.2026 16:42

Ölkənin birinci bankı Kapital Bank müştərilərinə daha rahat və əlçatan xidmət göstərmək məqsədilə xidmət şəbəkəsini genişləndirməyə davam edir. Bank bu istiqamətdə yeni konsept əsasında inşa olunan İçərişəhər və Masazır filiallarını müştərilərinin istifadəsinə verib. Bununla da Kapital Bank hazırda 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankdır.

Kapital Bank gündəlik bank əməliyyatlarının böyük hissəsini Birbank mobil tətbiqi vasitəsilə müştərilərinə tam rəqəmsal şəkildə təqdim edir. Bankın yanaşması müştərinin harada yaşamasından və ya işləməsindən asılı olmayaraq ona həm rəqəmsal, həm də fiziki xidmət kanallarında eyni rahat və keyfiyyətli bankçılıq təcrübəsini təqdim etməkdir.

Yeni filiallar tamamilə yeni konsept əsasında inşa olunub. Daha müasir interyer, funksional xidmət zonaları və rahat gözləmə məkanları ilə fərqlənən bu konsept müştəri təcrübəsini daha da yaxşılaşdırmağı hədəfləyir. Eyni zamanda 2026-cı il ərzində İnşaatçılar, Xəzər və Binəqədi filialları da yeni konseptə uyğunlaşdırılaraq müştərilərin istifadəsinə verilib. Bankın bundan sonra istifadəyə veriləcək bütün yeni filialları da məhz bu konsept əsasında fəaliyyət göstərəcək.

Yeni filiallarda müştərilərə əmanətlər, debet və kredit kartları, müxtəlif növ kredit məhsulları, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi və digər bank xidmətləri daxil olmaqla bütün növ bank məhsul və xidmətləri təqdim olunur.

Qeyd edək ki, Kapital Bank xidmət şəbəkəsini ölkənin bütün regionlarında, həmçinin Qarabağda ardıcıl şəkildə genişləndirir. Bank hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Zəngilan, Laçın, Xankəndi, Cəbrayıl və Şuşa şəhərlərində də fəaliyyət göstərir. Beləliklə, müştərilər yaşadıqları və ya çalışdıqları bölgədən asılı olmayaraq, onlara ən yaxın Kapital Bank filialında bank xidmətlərindən rahat şəkildə yararlana bilirlər.

Beləliklə, Kapital Bank həm rəqəmsal bankçılıq həllərini inkişaf etdirməyə, həm də ölkənin ən böyük xidmət şəbəkəsini genişləndirməyə davam edərək müştərilərinə ehtiyac duyduqları hər yerdə bank xidmətlərini əlçatan edir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı və 51 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz. 

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol