• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-dən süni intellekt əsaslı Fərdi Maliyyə Meneceri!

ABB-dən süni intellekt əsaslı Fərdi Maliyyə Meneceri!
06.07.2026 11:57

 

Müştəriləri ilə danışan bank olaraq ABB süni intellekt əsaslı daha bir yeniliyini təqdim edib. Yeni innovativ həll ABB mobile üzərindən təqdim edilən süni intellekt əsaslı Fərdi Maliyyə Meneceridir. 

ABB mobile tətbiqindəki AI-nur və AI-khan bu yenilikdən sonra artıq yalnız suallara cavab verən süni intellekt köməkçisindən daha çox, müştərinin şəxsi maliyyə davranışlarını yönəldən, ona doğru yol göstərən fərdi bələdçilərdir.

Tətbiq istifadəçiləri fərdi maliyyə menecerləri AI-nur və AI-khan-la sadəcə danışaraq şəxsi büdcələrini daha aydın şəkildə nəzarətdə saxlaya, gəlir və xərclərini mütəmadi şəkildə detallı analiz edə, maliyyə davranışlarını istədikləri kimi nizamlaya bilərlər. 

 

Gəlir və xərclərinizi izləyib, maliyyə vərdişlərinizi nizamlayır!

Süni intellekt əsaslı Fərdi Maliyyə Meneceri müştərinin əməliyyat tarixçəsi əsasında onun gəlir və xərclərinin ətraflı təhlilini aparır, məlumatları vizuallaşdırılmış formada təqdim edir və müxtəlif dövrlər üzrə müqayisələr aparmağa kömək göstərir. Müştəri artıq sadəcə kart əməliyyatlarının siyahısına baxmaqla kifayətlənmir. O, gəlir və xərclərinin hansı kateqoriyalarda formalaşdığını, hansı dövrdə və nələrə daha çox vəsait xərclədiyini, hansı istiqamətlərdə gəlir və qənaət imkanlarının olduğunu süni intellekt köməkçisi vasitəsilə dəqiq öyrənə bilir.

Fərdi Maliyyə Menecerinin əsas üstünlüklərindən biri məlumatları müqayisəli şəkildə analiz etməsidir. Müştəri müxtəlif günlər, aylar, həftələr və ya daha uzun dövrlər üzrə maliyyə davranışındakı dəyişiklikləri öyrənmək imkanındadır. Məsələn, istifadəçi AI-nur və ya AI-khana “Bu ay ən çox nəyə pul xərcləmişəm?”, “Son 30 gündə ən böyük 5 xərcim hansılar olub?”, “Bu həftə restoranlara nə qədər xərcləmişəm?”, “Bu il avtomobilimə neçə manatlıq yanacaq vurmuşam?”, “Son 3 ayda əsas gəlirlərim hansı mənbələrdən formalaşıb” və s. kimi suallar ünvanlamaqla həm gəlir və xərclərini görür, həm də onların arxasındakı gündəlik davranış modelini dəqiqliklə anlayır. 

 

Qərarlarınıza dəstək olur!

Bu yeni məhsul xüsusilə şəxsi büdcəsini izləmək, xərclərinə nəzarəti artırmaq, gəlir-xərc balansını daha düzgün qurmaq istəyən müştərilər üçün son dərəcə faydalıdır. Çünki müştəri artıq öz maliyyə vəziyyətini ümumi rəqəmlər üzərindən deyil, daha detallı və fərdi izahlarla görür. 

Süni intellekt köməkçisi müştərinin gəlir və xərclərinin strukturunu təhlil edir, ona daha rasional maliyyə qərarları verməkdə kömək göstərir. Məsələn, abunəliklərə, təkrarlanan ödənişlərə, restoran və çatdırılma xərclərinə, nağdlaşdırmalara və s. digər kateqoriyalara ayrıca baxmaq mümkün olur.

Beləliklə, Fərdi Maliyyə Meneceri müştəriyə “Nə qədər xərcləmisən?” sualının cavabını verməklə yanaşı, “Nəyi dəyişsən, daha yaxşı idarə edə bilərsən?” sualına da praktik yanaşma təqdim edir.

 

Sizinlə danışaraq bank əməliyyatlarınızı yerinə yetirir!

AI-nur və AI-khanın funksionallığı yalnız maliyyə analitikası ilə məhdudlaşmır. Süni intellekt əsaslı fərdi maliyyə menecerləri müştərilərə gündəlik bank əməliyyatlarını səsli komanda əsasında icra etmək imkanı verir.

Müştərilər Azercell, Bakcell və Nar nömrələri üzrə mobil rabitə ödənişlərini AI-nur və AI-khana səsli komanda verməklə həyata keçirə bilirlər. Bununla yanaşı, ABB kartına və digər bank kartına kart nömrəsi və ya əvvəlcədən yaradılmış şablon vasitəsilə köçürmələr də AI-nur və AI-khanın köməyi ilə icra olunur.

Fərdi Maliyyə Meneceri kartlar və hesablar arasında köçürmələri, mobil nömrə ilə digər şəxslərə vəsait göndərilməsini, müxtəlif bank əməliyyatlarını və müştəri sorğularının cavablandırılmasını daha rahat formada təmin edir. Zərurət yarandıqda kartın bloklaşdırılması və yenidən aktivləşdirilməsi də AI-nur və AI-khan vasitəsilə həyata keçirilə bilir.

 

Abunəliklərinizi idarə edir!

ABB mobile istifadəçiləri indiyədək bütün Visa kartları üzrə TV, musiqi, əyləncə platformaları, təhsil, qida, çatdırılma və digər xidmətlərə abunəliklərini tətbiq üzərindən aktiv və deaktiv edə bilirdilər. İndi isə bu əməliyyatları müştərinin istəyi əsasında Fərdi Maliyyə Meneceri yerinə yetirir. 

Müştəri AI-nur və ya AI-khanla sadəcə danışaraq abunəliklərini idarə edir. Bu isə gündəlik rəqəmsal xidmətlərdən istifadəni daha çevik və daha intuitiv edir.

 

4 milyondan çox qarşılıqlı ünsiyyət!

Qısa müddət ərzində AI-nur və AI-khanla 4 milyondan çox qarşılıqlı ünsiyyət qurulub. Bu göstərici müştərilərin süni intellekt əsaslı bank xidmətlərinə marağının sürətlə artdığını nümayiş etdirir.

ABB-nin təqdim etdiyi yeni süni intellekt imkanları bank xidmətlərini daha rahat, sürətli və əlçatan edir. Eyni zamanda, bu prosesdə təhlükəsizlik tələbləri yüksək səviyyədə qorunur. Bank yaxın dövrdə yeni funksiyalarla müştərilərin süni intellektdən istifadə təcrübəsini daha da inkişaf etdirəcək.


 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol