• $
  • €
  • ₽
  • ₺
  • £

ADY Bakı–Tbilisi qatarına biletlərin 90 gün əvvəl satışını açmağa hazırlaşır

ADY Bakı–Tbilisi qatarına biletlərin 90 gün əvvəl satışını açmağa hazırlaşır
07.07.2026 15:53

Azərbaycan Dəmir Yolları Bakı–Tbilisi–Bakı qatarına biletlərin səfər tarixindən 90 gün əvvəl satışa çıxarılması üzərində işləyir, ADY-nin Sərnişin Daşımaları Departamentinin rəisi Azər Fərəcov bildirib.

Onun sözlərinə görə, hazırda biletlər satışa 30 gün əvvəl çıxarılır.

“90 gün əvvələ satışın açılması üçün tərəfimizdən müəyyən işlər aparılır. İşlər tam yekunlaşandan sonra bununla bağlı açıqlama veriləcək”, — Fərəcov deyib.

O qeyd edib ki, qatarın tərkibinə əlavə ediləcək yeni vaqonlar ölkə daxilində istifadə olunan yataq tipli vaqonlardır. Hər vaqonda 36 yer var və hər sərnişin özü ilə ödənişsiz 36 kiloqramadək yük daşıya biləcək.

Fərəcov bildirib ki, sərnişinlərin rahatlığı üçün həmin vaqonlarda səyyar qida satışı da təşkil olunacaq.

ADY rəsmisi Bakı–Tbilisi istiqamətində gündüz reysləri üçün oturaq tipli qatarların gətirilməsi ilə bağlı hazırda hər hansı iş aparılmadığını deyib.

“Hazırda yalnız bir qatar hərəkətdədir və həmin qatarın tərkibinə əlavə vaqonların qoşulması ilə bağlı işlər aparılır”, — Fərəcov bildirib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol