• $
  • €
  • ₽
  • ₺
  • £

Şahbazov: Azərbaycan nefti Avropa və Asiyanın 20-yə yaxın ölkəsinə ixrac olunur

Şahbazov: Azərbaycan nefti Avropa və Asiyanın 20-yə yaxın ölkəsinə ixrac olunur
15.07.2026 11:24

Azərbaycan nefti hazırda Avropa və Asiyanın 20-yə yaxın ölkəsinə ixrac edilir, ölkədə neft və kondensatın orta gündəlik hasilatı 553 min barel, ixrac isə 445 min barel təşkil edir. Bunu energetika naziri Pərviz Şahbazov bildirib.

Bakıda keçirilən OPEC+ Əməkdaşlıq Xartiyası üzrə ilk Texniki Komitə iclasında çıxış edən nazir deyib ki, müasir dövrdə enerji sektorunda ölkələrin rolu təkcə istehsal həcmi ilə deyil, etibarlı və şaxələndirilmiş təchizat marşrutları, etibarlı tərəfdaşlıq və fasiləsiz enerji təminatı ilə ölçülür.

Şahbazovun sözlərinə görə, Azərbaycanın strateji əhəmiyyəti istehsal etdiyi enerjinin həcmi ilə deyil, regionlar və bazarlar arasında etibarlı əlaqələr yaratmaq, tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfə vermək və etibarlı tərəfdaş kimi qazandığı etimadla müəyyən olunur.

Nazir bildirib ki, OPEC+ çərçivəsində əsas əməkdaşlıq istiqamətləri iri neft istehlakçıları ilə dialoqun gücləndirilməsi, texnologiya, innovasiya və investisiyaların təşviqi, tənzimləyici siyasət üzrə əməkdaşlığın genişləndirilməsi, neft bazarının təhlilinin təkmilləşdirilməsi və sənaye standartlarının hazırlanmasını əhatə edir.

Aytac Zeynalova

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol