• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank ili 100 milyon manatdan çox faiz gəliri ilə yarıladı

Yelo Bank ili 100 milyon manatdan çox faiz gəliri ilə yarıladı
15.07.2026 09:54

 

 

Yelo Bank 2026-cı ilin birinci yarısı (yanvar-iyun) üzrə maliyyə göstəricilərini elan edib. Hesabat dövrünün nəticələrinə əsasən, Bank kapital mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib və əsas əməliyyat gəlirlərində yüksək artım dinamikasını qoruyub saxlayıb.

 

Belə ki, faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 21% (18 mln manat) artaraq 102 mln manata çatıb. Effektiv rüblük fəaliyyət nəticəsində Yelo Bank ilk 6 ay ərzində 12.6 mln manat xalis mənfəət əldə edib. Bu dövrdə qeyri-faiz gəlirləri isə 5 mln manatı ötüb.

 

Maliyyə hesabatlarında ən diqqətçəkən məqamlardan biri də kreditləşmə templərinin qorunmasıdır. Bankın ümumi kredit portfeli ilin əvvəli ilə müqayisədə 18 mln manat artaraq 1 mlrd 107 mln manata yüksəlib. Həmişə olduğu kimi, portfeldə real sektorun dəstəklənməsi ön planda olub — biznes kreditləri portfeli 687 mln manata çatıb.  Fiziki şəxslərin maliyyələşdirilməsi istiqamətində isə ümumi istehlak kredit portfeli də artaraq 420 mln manat təşkil edib.

 

Müştərilərin etibarlı tərəfdaşı olan Yelo Bank-da toplanan depozitlərin (əmanət portfeli) həcmi 1 mlrd 39 mln manata çatıb. Bankın ümumi aktivləri isə yarımilliyin sonuna 1 mlrd 475 mln manat həcmində olub.

 

Hesabat dövründə Bankın kapital dayanıqlığında da nəzərəçarpan yüksəliş qeydə alınıb. Məcmu kapital ilin əvvəli ilə müqayisədə 9 mln manat artaraq 184 mln manata, ümumi kapital isə 190 mln manata yüksəlib. Məcmu kapitalın adekvatlıq əmsalı 14.06%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 11.77% olmaqla requlyativ normativləri inamla üstələyir.

Bank xidmətləri (tecili kredit və s.) ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol