• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb

Bank Respublika 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
15.07.2026 09:58

 

Bakı, 15 iyul 2026-cı il. Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika 2026-cı ilin ilk yarımili üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabat dövründə Bank əsas maliyyə göstəriciləri üzrə əhəmiyyətli artım nümayiş etdirərək bazardakı mövqeyini daha da möhkəmləndirib, maliyyə dayanıqlığını qoruyub saxlayıb və real sektorun maliyyələşdirilməsi istiqamətində fəaliyyətini daha da genişləndirib.

İlk yarımilin nəticələri Bankın dayanıqlı inkişaf strategiyasının uğurla həyata keçirildiyini və müştərilər, tərəfdaşlar, eləcə də beynəlxalq maliyyə institutları tərəfindən göstərilən etimadın davamlı olaraq artdığını nümayiş etdirir.

2026-cı ilin ilk yarımili üzrə əsas maliyyə göstəriciləri (ötən ilin müvafiq dövrü ilə müqayisədə):

  • Aktivlər 2,2% artaraq 2,72 milyard manata çatıb; 
  • Məcmu kapital 17,4% artaraq 279,6 milyon manat təşkil edib; 
  • Kredit portfeli 11,5% artaraq 1,70 milyard manata yüksəlib; 
  • Xalis faiz gəlirləri 17,4% artaraq 95,8 milyon manat olub; 
  • Xalis əməliyyat mənfəəti 28,5% artaraq 46,1 milyon manata çatıb; 
  • Xalis mənfəət 23,7% artaraq 34,5 milyon manat təşkil edib; 
  • Depozit portfeli 1,1 milyard manat olub ki, bu da ölkənin bank sektoru üzrə ən yüksək göstəricilərdən biridir. 

 

Maliyyə dayanıqlığının əsas göstəriciləri:

  • I dərəcəli kapitalın adekvatlıq əmsalı - 10,61% (normativ: 6,5%); 
  • Məcmu kapitalın adekvatlıq əmsalı - 14,65% (normativ: 12,5%); 
  • Leverec əmsalı - 7,53% (normativ: 5%); 
  • Ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin payı 0,74%-ə enib (2025-ci ilin sonu: 0,9%).

Maliyyə göstəricilərində əldə olunan artımla yanaşı, Bank Respublika 2026-cı ilin ilk yarısında da aparıcı beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını genişləndirərək ölkənin real sektorunun maliyyələşdirilməsi imkanlarını artırmağa davam edib. Hesabat dövründə Bank EIB Global, OPEC Fund və Finnfund ilə yeni əməkdaşlıq sazişləri imzalayıb. Bu sazişlər mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə, yaşıl maliyyələşdirmənin inkişafına, eləcə də biznesin uzunmüddətli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə xidmət edir. Nəticədə, 2026-cı ilin birinci yarımilliyinin yekunlarına əsasən maliyyə sektoru institutlarından cəlb edilmiş vəsaitlərin həcmi 1,26 milyard manata çataraq, ötən ilin sonu ilə müqayisədə 22,1% artmışdır



 

? Daha ətraflı məlumat üçün:
? Veb sayt: www.bankrespublika.az
? Sosial şəbəkələr:  ? Facebook | ? Instagram | ? LinkedIn      | ? Telegram
? Çağrı Mərkəzi: 144 

 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol