• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan

Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
14.07.2026 18:07

 

Bakcell abunəçilərinə yeni rəqəmsal xidmət təqdim edir. Bakcell tətbiqində istifadəyə verilən "Bakcell Games" bölməsi vasitəsilə oyunlar oynayaraq AirPods və hədiyyə internet qazanmaq mümkündür. 

Belə ki, yeni "Bakcell Games" bölməsində istifadəçilər "Topla & Qazan", "Hədiyyəli Marafon" və "Şans Kartları" kimi maraqlı oyunlarda iştirak edirlər. Bu xidmət çərçivəsində istifadəçilər ilk 7 gün ərzində "Bakcell Games"dən ödənişsiz yararlana bilirlər. Oyunlarda əldə etdikləri nəticələr hesabına xallar toplayır, AirPods və hər gün 1 GB hədiyyə internet qazanmaq şansı əldə edirlər. Abunə haqqı 1.99 AZN təşkil edir və abunəçilərə avtomatik olaraq hər ay 1 GB hədiyyə internet təqdim olunur. Ümumilikdə abunəçilər hər ay 6 GB-dək hədiyyə internet əldə edə bilərlər. 

"Bakcell Games" oyun təcrübəsi ilə faydanı bir araya gətirən yeni rəqəmsal imkan təqdim edir. Xidmət istifadəçilərə həm maraqlı vaxt keçirmək, həm də AirPods və hədiyyə internet qazanmaq imkanı yaradır. 

"Bakcell Games"ə qoşulma qaydaları barədə ətraflı məlumatı Bakcell tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir. 

Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol