• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika və EFSE arasında imzalanan yeni saziş biznes üçün yeni imkanlar yaradacaq

Bank Respublika və EFSE arasında imzalanan yeni saziş biznes üçün yeni imkanlar yaradacaq
27.07.2026 10:58

Azərbaycanın aparıcı banklarından biri olan, ölkənin real sektorunun inkişafını fəal şəkildə dəstəkləyən Bank Respublika ilə Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) arasında yeni iri kredit sazişi imzalanıb.

Sazişə əsasən, EFSE tərəfindən Bank Respublikaya Azərbaycan manatı (AZN) ilə, 22 milyon avro ekvivalentində və 5 il müddətinə kredit ayrılacaq. Cəlb olunan vəsait bankın biznesin maliyyələşdirilməsi imkanlarını genişləndirməsinə, sahibkarlar üçün əlçatan uzunmüddətli kredit resurslarının həcmini artırmasına şərait yaradacaq. Maliyyələşmə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin, eləcə də qadın sahibkarların dəstəklənməsinə yönəldiləcək.

Ölkə üzrə geniş filial şəbəkəsindən istifadə etməklə Bank Respublika yeni maliyyə resurslarının Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən sahibkarlar üçün əlçatan olmasını təmin edəcək. 

Bu əməkdaşlıq regionlarda biznesin inkişafına, maliyyə xidmətlərinə çıxış imkanlarının genişlənməsinə, sahibkarlıq fəaliyyətinin təşviqinə və ölkənin dayanıqlı iqtisadi inkişafına əlavə töhfə verəcək.


 

Bank Respublika haqqında

1992-ci ildə təsis edilmiş Bank Respublika ASC Azərbaycanın aparıcı kommersiya banklarından və ölkənin sistem əhəmiyyətli maliyyə institutlarından biridir. Bank fərdi, kiçik və orta sahibkarlıq (KOS) və korporativ müştərilər üçün geniş spektrli maliyyə xidmətləri təqdim edir. Ölkə üzrə geniş filial şəbəkəsi və müasir rəqəmsal bankçılıq platformaları vasitəsilə Bank Respublika maliyyə xidmətlərinin əlçatanlığının artırılmasına, sahibkarlığın inkişafına və ölkənin dayanıqlı iqtisadi artımına töhfə verir. Bank aparıcı beynəlxalq maliyyə institutları ilə uzunmüddətli tərəfdaşlıqlar quraraq Azərbaycan iqtisadiyyatının real sektorunun maliyyələşdirilməsini və maliyyə inklüzivliyinin genişləndirilməsini dəstəkləyir.

Ətraflı məlumat üçün: www.bankrespublika.az 

 

EFSE haqqında

Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (European Fund for Southeast Europe – EFSE) Cənub-Şərqi Avropa və Qafqaz regionlarında iqtisadi inkişafı və rifahı təşviq edən təsir yönümlü investisiya fondudur. Regional Alt Fond (RSF) və Ukrayna Alt Fondu (USF) vasitəsilə EFSE sahibkarlığın inkişafını dəstəkləmək, maliyyə inklüzivliyini genişləndirmək və yerli iqtisadiyyatların inkişafına töhfə vermək məqsədilə fərdiləşdirilmiş maliyyə həlləri təqdim edir.

EFSE 2005-ci ildə KfW İnkişaf Bankının təşəbbüsü ilə Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyi (BMZ) və Avropa Komissiyasının maliyyə dəstəyi ilə yaradılmışdır. Bu formatda ilk dövlət-özəl tərəfdaşlığı olan fond donor təşkilatları, beynəlxalq maliyyə institutları və özəl institusional investorların vəsaitləri hesabına maliyyələşir. Fondun portfel meneceri Almaniyanın Finance in Motion GmbH, fondun idarəedici şirkəti isə Lüksemburqun Hauck & Aufhäuser Fund Services S.A. şirkətidir.

Ətraflı məlumat üçün: www.efse.lu   

 

Finance in Motion haqqında

Finance in Motion ümumi həcmi təxminən 4 milyard avro olan və hamısı SFDR-in 9-cu maddəsinə uyğun təsnif edilən 10 investisiya fondunun strukturlaşdırılması, idarə olunması və məsləhət xidmətlərini həyata keçirir. Bu özəl bazar fondları regional maliyyə vasitəçiləri, birbaşa investisiyalar, məsləhət xidmətləri və institusional potensialın gücləndirilməsi vasitəsilə insanlar və ətraf mühit üçün davamlı təsir yaradır.

Almaniyada əsası qoyulan və Latın Amerikasından Şərqi Avropaya qədər geniş yerli ekspertiza şəbəkəsinə malik olan Finance in Motion artıq 20 ildən çoxdur ki, inkişaf etməkdə olan bazarlara investisiya yatırır.

Ətraflı məlumat üçün: www.finance-in-motion.com 

 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol