• $
  • €
  • ₽
  • ₺
  • £

TuranBank və ITFC arasında maliyyələşmə üzrə uğurlu əməkdaşlıq davam edir

TuranBank və ITFC arasında maliyyələşmə üzrə uğurlu əməkdaşlıq davam edir
29.07.2026 15:45

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBankASC İslam İnkişaf Bankı (IsDB) Qrupuna daxil olan Beynəlxalqİslami Ticarət Maliyyə Korporasiyası (ITFC) ilə uğurlutərəfdaşlığını davam etdirir.

Beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsiningenişləndirilməsi məqsədilə tərəflər arasında imzalanmış 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi çərçivəsindəTuranBank növbəti mərhələ üzrə 2 milyon ABŞ dolları həcmindəvəsaitin cəlb edilməsini uğurla başa çatdırıb. Bununla da, sözügedən saziş çərçivəsində hazırkı dövrədək cəlb edilmiş ümumivəsaitin həcmi 5.5 milyon ABŞ dolları təşkil edib.

Cəlb olunan yeni maliyyə resursları ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin ticarət əməliyyatlarının dəstəklənməsinə, eləcə də idxal və ixrac proseslərinin maliyyələşdirilməsinə yönəldilir.

Saziş çərçivəsində nəzərdə tutulan layihələrin qısa müddət ərzində və ardıcıl şəkildə həyata keçirilməsi TuranBank-ın maliyyələşdirmə imkanlarını və kreditləşmə potensialını nümayiş etdirməklə yanaşı, beynəlxalq maliyyə institutlarının Bankın maliyyə dayanıqlılığına, şəffaf idarəetmə prinsiplərinə və institusional nüfuzuna göstərdiyi yüksək etimadın bariz nümunəsidir.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satışnöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankıntəqdim etdiyi yeni xidmətlə bağlı ətraflı məlumatı rəsmi vebsəhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol