• $
  • €
  • ₽
  • ₺
  • £

Beyləqandakı qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - Yenilənib

Beyləqandakı qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - Yenilənib
31.07.2026 20:39

Beyləqanda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son durumu açıqlanıb.

TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində xəsarət alan şəxslər saat 18:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Qeyd olunub ki, onlara bədənin çoxsaylı travması diaqnozu təyin edilib. Xəsarət alanlara zəruri tibbi yardım göstərildikdən sonra ixtisaslı tibbi yardımın davam etdirilməsi məqsədilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına və İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.

Bildirilib ki, hadisə nəticəsində 1972-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

20:08

Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə,"Mercedes" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı kollektora girməsi nəticəsində bir nəfər ölüb, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza zamanı xəsarət alan Əlizamin Şəfa oğlu Əliyev, Zəfər Gülmirzə oğlu Məmmədov və Həsən Əbilqasım oğlu Həsənov Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə nəticəsində avtomobildə olan Şəfa Süleyman oğlu Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol