• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: 2020-ci ildən bəri mina partlayışları nəticəsində 433 nəfər zərər çəkib

XİN: 2020-ci ildən bəri mina partlayışları nəticəsində 433 nəfər zərər çəkib
03.08.2026 15:57

2020-ci il müharibəsindən bəri Ermənistanın əraziləri mina ilə çirkləndirməsi nəticəsində Azərbaycanda 433 nəfər mina partlayışlarının qurbanı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "X" sosial media hesabında paylaşım edib.

Bildirilib ki, son mina partlayışı nəticəsində Azərbaycanın iki vətəndaşı ağır yaralanıb.

"Bu faciə minaların hələ də yaratdığı ağır humanitar nəticələri və günahsız insanların hər gün üzləşdiyi təhlükələri bir daha xatırladır. Minalardan təmizləmə işlərinin genişləndirilməsi üçün beynəlxalq dəstəyin gücləndirilməsinə təcili ehtiyac var. Minalardan azad gələcək dayanıqlı sülhün, inkişafın və insan təhlükəsizliyinin təmin olunmasının əsas şərtidir", – paylaşımda qeyd olunub.

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatlarını davam etdirir. ANAMA-nın məlumatına görə, təkcə iyulda 8 012,7 hektar ərazi minalardan təmizlənib, 174 tank əleyhinə mina, 614 piyada əleyhinə mina və 2 106 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Azərbaycan beynəlxalq ictimaiyyəti mina təhlükəsinin aradan qaldırılması və minatəmizləmə fəaliyyətinə dəstəyin artırılması istiqamətində çağırışlarını mütəmadi olaraq davam etdirir.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol