• $
  • €
  • ₽
  • ₺
  • £

Expressbank-ın mənfəəti 72% artsa da, artımın əsas drayveri ehtiyatlar olub

Expressbank-ın mənfəəti 72% artsa da, artımın əsas drayveri ehtiyatlar olub
05.08.2026 08:01

Expressbank 2026-cı ilin ilk yarısını 7,4 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 72% çoxdur. Lakin maliyyə hesabatının təhlili göstərir ki, mənfəətin kəskin artması əsas əməliyyat gəlirlərindən daha çox mümkün zərərlər üçün ehtiyatlara ayırmaların 5,1 milyon manatdan 3,5 milyon manata (-31,4%) enməsi hesabına baş verib.

Faiz marjası və gəlirlərin strukturu

Bankın xalis faiz gəlirləri 10,5% artaraq 28,9 milyon manata yüksəlib. Bununla belə, faiz xərclərinin 23% artması (faiz gəlirlərinin 16%-lik artımını üstələyərək) maliyyə resurslarının bahalaşdığını və faiz marjasına təzyiqin davam etdiyini göstərir.

Komissiya gəlirləri isə 7 milyon manat səviyyəsində dəyişməz qalıb. Bu dinamika bank gəlirlərinin yüksək dərəcədə kredit əməliyyatlarından asılı olduğunu təsdiqləyir.

Kredit portfeli və aktivlərin keyfiyyəti

Hesabat dövrünün sonuna bankın kredit portfeli 567,8 milyon manata çatıb. Portfelin 41%-i istehlak, 37%-i biznes, 22%-i isə ipoteka kreditlərinin payına düşüb.

Vaxtı keçmiş kreditlərin həcmi 23,1 milyon manat (ümumi portfelin 4,1%-i) təşkil edib. Bu göstərici sektor üzrə idarəolunan risk səviyyəsində qalır. Eyni zamanda, xüsusi ehtiyatların problemli kreditlərə nisbəti (coverage ratio) 53% təşkil edir. Bu göstərici olası itkilərin yalnız bir hissəsinin sığortalandığını göstərir və gələcəkdə vaxtı keçmiş öhdəliklər artacağı təqdirdə ehtiyatlara əlavə ayırmalar tələb edə bilər.

Maliyyələşmə mənbələri və kapital adekvatlığı

Müştəri depozitləri il ərzində 291 milyon manatdan 352 milyon manata (+21%) yüksəlib. Buna baxmayaraq, kredit/depozit nisbəti (LDR) 161,3% səviyyəsində yüksək qalır ki, bu da kreditləşmənin maliyyələşməsində xarici və institutlararası vəsaitlərdən asılılığın davam etdiyini göstərir.

"1989-cu ildən (keçmiş «Azərnəqliyyatbank») fəaliyyət göstərən Expressbank pərakəndə bankçılıq və KOB maliyyələşdirilməsi üzrə ixtisaslaşan ortahəcmli kommersiya bankıdır. Bankın səhmdar kapitalının 99%-dən çoxu yerli fiziki və hüquqi şəxslərə (əsasən «Azenco Group» holdinqə aid strukturlara) məxsusdur. Bank geniş ödəniş terminalı şəbəkəsi (Expresspay) və kart infrastrukturu vasitəsilə fiziki şəxslərə xidmət üzrə bazarda öz mövqeyini saxlayır."

Bankın məcmu kapital adekvatlığı 21,8%, I dərəcəli kapital adekvatlığı isə 19,6% təşkil edərək Mərkəzi Bankın minimum tələblərini təxminən iki dəfə üstələyir. Bu kapital buferləri banka yaxın dövrdə əlavə resurs cəlb etmədən aktivlərini genişləndirməyə imkan verir, lakin faiz xərclərinin yüksək artım tempi önümüzdəki rüblərdə mənfəətlilik dinamikası üçün əsas risk faktoru olaraq qalır.
 

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol