• $
  • €
  • ₽
  • ₺
  • £

"Binəqədi" yatağında neft hasilatı 3% azalıb

"Binəqədi" yatağında neft hasilatı 3% azalıb
05.08.2026 13:49

 

2025-ci ildə Azərbaycanın quruda yerləşən "Binəqədi" yatağından 0,97 milyon barel neft hasil edilib ki, bu da əvvəlki illə müqayisədə 3% azdır.

Bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında bildirilir.

Hesabata görə, 2024-cü ildə yataqdan 0,99 milyon barel neft hasil edilməsi nəzərdə tutulsa da, faktiki hasilat 0,97 milyon barel təşkil edib. Bu, proqnozlaşdırılan həcmin 98,25%-nin yerinə yetirilməsi deməkdir.

Məlumata əsasən, 2025-ci ildə hasilat əvvəlki illə müqayisədə 0,03 milyon barel və ya 3% azalıb.

"Binəqədi" neft-qaz yatağı Abşeron yarımadasının şimal-qərbində, Bakı şəhərindən təxminən 9 kilometr məsafədə yerləşir və Azərbaycanın ən qədim neft yataqlarından biri hesab olunur. Yataqda sənaye üsulu ilə neft hasilatına 1896-cı ildə başlanılıb.

2004-cü il sentyabrın 29-da SOCAR ilə "Azen Oil Company B.V." arasında yatağın birgə işlənməsinə dair saziş imzalanıb. 43,5 kvadratkilometr ərazini əhatə edən müqavilə 2005-ci il sentyabrın 1-dən qüvvəyə minib. Hazırda yatağın operatoru "Azen Oil Company B.V." ("Global Energy") şirkətidir. Pay bölgüsü sazişinə əsasən, layihədə SOCAR-ın payı 25%, "Azen Oil Company B.V." şirkətinin payı isə 75% təşkil edir. Hasil olunan neftdən əldə edilən dövlət gəlirləri Azərbaycan Dövlət Neft Fonduna yönəldilir.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol