• $
  • €
  • ₽
  • ₺
  • £

"BP-Azerbaijan"da yerli işçi sayı açıqlanıb

"BP-Azerbaijan"da yerli işçi sayı açıqlanıb
06.08.2026 15:41

Bu ilin ikinci rübünün yekununda BP şirkətində fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının ümumi sayı 2 363 nəfər təşkil edib.

Bu barədə "BP-Azerbaijan" şirkətinin əməliyyatçılar adından cari ilin birinci yarımilinin nəticələrinə dair yaydığı biznes hesabatında qeyd olunub. Bu rəqəmə müddətli müqavilə əsasında çalışan əməkdaşlar da daxildir.

Hesabata əsasən, bu göstərici 2025-ci ilin ilk altı ayının nəticələri ilə müqayisədə 32 nəfər, yəni 1,3 % azdır.

2018-ci ilin ortalarından etibarən BP-nin ixtisaslı əməkdaşlarının 90 %-ni yerli kadrlar təşkil edir. İxtisası olmayan heyət isə tam şəkildə, yəni 100 % Azərbaycan vətəndaşlarından formalaşıb.

BP öz təlim və peşə inkişafı proqramlarını daha da təkmilləşdirmək, yüksək ixtisaslı kadrlar sahəsində yerli bazarı gücləndiirmək məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində fəal iştirakını davam etdirəcək.

Qeyd edək ki, 2025-ci ilin ikinci rübünün sonunda BP şirkətində çalışan Azərbaycan vətəndaşlarının sayı 2 395 nəfər olub və bu rəqəmə müddətli müqavilə üzrə işləyən əməkdaşlar da aid edilib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol