• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın qeyri-neft-qaz ixracı 18%-dən çox artıb

Azərbaycanın qeyri-neft-qaz ixracı 18%-dən çox artıb
10.08.2026 14:59

Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri bu ilin yanvar-iyul aylarında 2,5 milyard ABŞ dolları təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18,3% çoxdur. Hesablamaya qeyri-monetar qızılın ixracı daxil edilməyib.

Təkcə iyul ayında qeyri-neft-qaz ixracı illik müqayisədə 15,8% artaraq 384,8 milyon dollar olub.

Yanvar-iyul aylarında yeyinti məhsullarının ixracının dəyəri 123 milyon dollar təşkil edib. Qeyri-yeyinti məhsullarının ixracı isə 26% artaraq 261,8 milyon dollara çatıb.

Hesabat dövründə şəkər ixracının dəyəri 2,6 dəfə, pambıq ipliyinin 81,9%, bitki və heyvan mənşəli piy və yağların 39,5%, alüminium və ondan hazırlanan məmulatların 39,4%, pambıq lifinin 24,9%, qara metallar və onlardan hazırlanan məmulatların 23,3% artıb.

Bundan başqa, çayın ixracı 19,5%, meyvə-tərəvəzin 16,4%, spirtli və spirtsiz içkilərin ixracı isə 3% artıb.

Yanvar-iyulda aqrar məhsulların ixracının dəyəri 22,1% artaraq 673,4 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı isə 24,8% artaraq 223,1 milyon dollar olub.

Beləliklə, aqrar və aqrar-sənaye məhsullarının ümumi ixrac dəyəri illik müqayisədə 22,8% artaraq 896,4 milyon dollara çatıb.

Gülnar 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol