• $
  • €
  • ₽
  • ₺
  • £

Kamran Əsədovun məhkəməsində yeni vəsatətlər verilib

Kamran Əsədovun məhkəməsində yeni vəsatətlər verilib
14.08.2026 11:09

Gəncə Şəhər Məhkəməsində buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsində təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər vəsatət verərək hazırlıq kursunda dərs deyən müəllimlərlə bağlı intizam tədbirlərinin görülməsini istəyiblər.

Məhkəmə Gündüz Abbasovun vəzifəli şəxs olub-olmamasının müəyyənləşdirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu göndərilməsi barədə qərar qəbul edib.

Proses zamanı Kamran Əsədov cinayət işinə xitam verilməsini istəyib. Onun vəkili Bəxtiyar Muradov isə bəzi xəbər saytlarında məhkəmə prosesi ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayıldığını bildirərək bununla bağlı tədbir görülməsini xahiş edib.

Məhkəmə vəsatətlərə növbəti iclasda münasibət bildirəcəyini açıqlayıb. Növbəti proses avqustun 20-nə təyin edilib.

 İş üzrə Baş Prokurorluğun yaydığı məlumata əsasən, Dövlət İmtahan Mərkəzindən daxil olan məlumat əsasında ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak edən şəxslərə qanunsuz köməklik göstərilməsi ilə bağlı cinayət işi başlanıb.

İbtidai istintaq zamanı Gündüz Abbasovun təşkil etdiyi hazırlıq kursunun şagird və abituriyentlərinə imtahan zamanı köməklik göstərmək üçün gizli informasiya əldə etməyə imkan verən texniki vasitələr hazırladığı və Kamran Əsədovla birlikdə həmin vasitələri ümumilikdə 11 nəfərin üzərinə yerləşdirdiyi müəyyən edilib.

İstintaq həmçinin Sumqayıtda Sənan Hüseynovun xüsusi icazə olmadan gizli informasiya əldə etmək üçün nəzərdə tutulan 31 ədəd texniki vasitəni satmasına əsaslı şübhələr müəyyən edib.

Gündüz Abbasova Cinayət Məcəlləsinin 302.3 və 308.1-ci, Kamran Əsədova 302.3 və 32.5, 308.1-ci, Sənan Hüseynova isə 302.3-cü maddələri ilə ittiham elan edilib.

Gündüz Abbasov barəsində həbs, digər təqsirləndirilən şəxslər barəsində isə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Cinayət işləri üzrə ibtidai istintaq başa çatdırılaraq məhkəməyə göndərilib.

Aytac Zeynalova

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol