• $
  • €
  • ₽
  • ₺
  • £

Neft bahalaşıb

Neft bahalaşıb
19.08.2026 09:16

Dünya bazarlarında neft qiymətləri Hürmüz boğazı üzərindən daşınmalara dair qeyri-müəyyənliyin davam etməsi və ABŞ–İran qarşıdurmasının nizamlanmasında irəliləyişin olmaması səbəbindən çərşənbə günü ardıcıl dördüncü sessiyada da bahalaşıb.

"Brent" markalı etalon neftin fyuçersləri 26 sent artaraq bir barel üçün 91,28 ABŞ dollarına, ABŞ-nin yüngül WTI nefti isə 37 sent bahalaşaraq 85,31 dollara çatıb.

Bazar iştirakçıları əvvəllər qlobal neft və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün mühüm hissəsinin tranzit olunduğu Hürmüz boğazındakı prosesləri yaxından izləyir. Regionda gəmiçiliyin təhlükəsizliyi ilə bağlı Vaşinqton və Tehranın ziddiyyətli bəyanatları ixrac risklərini artırır. İnvestorlar həmçinin ABŞ-nin Enerji İnformasiyası Administrasiyasının (EIA) günün ikinci yarısında açıqlayacağı rəsmi neft ehtiyatları hesabatını gözləyirlər; ilkin bazar məlumatlarına görə, ötən həftə xam neft ehtiyatları azalsa da, benzin ehtiyatlarında artım qeydə alınıb.

N.Təbrizli

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol