• $
  • €
  • ₽
  • ₺
  • £

AÇG-də “Mərkəzi Azəri” platformasında 11 günlük profilaktik işlər başlayır

AÇG-də “Mərkəzi Azəri” platformasında 11 günlük profilaktik işlər başlayır
19.08.2026 12:46

 

“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda “Mərkəzi Azəri” platformasında planlaşdırılmış profilaktik işlərə başlanılıb. Bu barədə bp-nin yaydığı məlumatda deyilir. 

AÇG-nin illik iş proqramı çərçivəsində həyata keçirilən işlər 11 gün davam edəcək. Bu müddətdə platformada hasilatın həcmi müvəqqəti olaraq azaldılacaq, lakin tam dayandırılmayacaq.

Profilaktik işlərin “Azəri” sahəsindəki qurğuların inteqrasiya olunmuş layihələndirməsi və əməliyyat konfiqurasiyası səbəbindən “Şərqi Azəri” və “Qərbi Azəri” platformalarında hasilata da müvəqqəti təsir edəcəyi bildirilir.

Proqrama texniki xidmət və avadanlıqların bütövlüyünün yoxlanılması, məşəl sisteminin təkmilləşdirilməsi, etibarlılığın artırılması və müəyyən edilmiş texniki problemlərin aradan qaldırılması üzrə işlər daxildir.

Proqram çərçivəsində həmçinin “Mərkəzi Azəri Qaz Genişləndirilməsi” (CAGE) layihəsi üzrə bir sıra işlər görüləcək. Məqsəd qazın laylara yenidən vurulması imkanlarını artırmaq və mövcud quyulardan neft hasilatının maksimum səviyyəyə çatdırılmasına şərait yaratmaqdır.

bp bildirib ki, profilaktik işlər 2026-cı ilin illik iş proqramı və büdcəsində əvvəlcədən nəzərdə tutulub. Hazırlıq işlərinə 2025-ci ildən başlanılıb və hasilatın müvəqqəti azalması builki hasilat planında nəzərə alınıb.

AÇG-nin digər platformalarında, eləcə də “Şahdəniz” yatağının platformalarında hasilatın və Səngəçal terminalındakı əməliyyatların normal rejimdə davam edəcəyi bildirilib.

AÇG Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən əsas neft yataqları bloklarından biridir. Yataqlar blokunun işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi 1994-cü ildə imzalanıb. bp AÇG üzrə operator kimi fəaliyyət göstərir. Planlaşdırılmış profilaktik xidmət və təmir işləri yataq obyektlərinin uzunmüddətli təhlükəsizliyi, etibarlılığı və fasiləsiz istismarı üçün müntəzəm olaraq həyata keçirilir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol