• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdan sonra ən çox işsiz Ağdam, Şəmkir və Lənkərandadır

Bakıdan sonra ən çox işsiz Ağdam, Şəmkir və Lənkərandadır
19.08.2026 13:07

Azərbaycanda 2026-cı il iyulun 1-nə qeydiyyata alınmış işsiz şəxslərin sayı 248,469 nəfər təşkil edib, ən çox işsiz Ağdam, Şəmkir və Lənkəran rayonlarında qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub. 

Ağdam rayonunda 7,237 nəfər işsiz kimi qeydiyyatda olub. Şəmkirdə bu göstərici 7,127, Lənkəranda 7,042, Bərdədə 7,039 nəfər təşkil edib.

Qeydiyyatda olan işsizlərin sayının yüksək olduğu digər rayonlar Göyçay - 5,791 nəfər, Quba - 5,517 nəfər, Şəki - 5,397 nəfər, Cəlilabad - 5,394 nəfər, Abşeron - 4,945 nəfər və Zaqatala - 4,664 nəfər olub.

Şəhərlər arasında Sumqayıtda 6,634, Şirvanda 3,452, Mingəçevirdə 2,977, Gəncədə 2,940, Naxçıvan şəhərində isə 2,772 nəfər qeydiyyatda olan işsiz olub.

Bakı şəhəri üzrə qeydiyyatda olan işsizlərin sayı 38,422 nəfər təşkil edib.

Ən az qeydiyyatda olan işsiz Xocavənd rayonunda qeydə alınıb - 453 nəfər.

Xızıda 486, Xocalıda 637, Sədərəkdə 748, Yardımlıda 897, Şuşada 912, Qubadlıda 917, Şahbuzda 967, Zəngilanda 988, Samuxda isə 1,016 nəfər işsiz kimi qeydiyyatda olub.

Statistikaya görə, ölkədə qeydiyyatda olan 248,469 işsizdən 5,347 nəfəri, yaxud təxminən 2.2%-i işsizlikdən sığorta ödənişi alıb.

İşsizlikdən sığorta ödənişi alanların 2,238 nəfəri Bakının payına düşüb.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol