• $
  • €
  • ₽
  • ₺
  • £

Daşkənddə Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

Daşkənddə Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib
22.08.2026 21:35

Daşkənddə təşkil edilən IV Özbəkistan–Azərbaycan Regionlararası Forumunda ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb, sənədlər mübadilə olunub.Bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, Daşkənddə Azərbaycanın İqtisadiyyat, Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyinin birgə təşkilatçılığı ilə IV Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib. Tədbirdə hər iki ölkədən dövlət rəsmiləri ilə yanaşı, ağır sənaye, maşınqayırma, metallurgiya və metal emalı, tikinti, tekstil, kənd təsərrüfatı, qida, turizm, təhsil, tibb və əczaçılıq, mühəndislik, konsaltinq, dağ-mədən, kimya, mebel, elektrotexnika, avtomobil sənayesi, dəri məmulatları, plastik emalı və digər sahələrdə fəaliyyət göstərən 400-dək şirkət təmsil olunub.

Forumda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan–Özbəkistan münasibətlərinin dövlət başçılarımızın siyasi iradəsi sayəsində intensiv inkişafı iqtisadi əlaqələrimizin daha da şaxələndirilməsinə və biznes tərəfdaşlığımızın gücləndirilməsinə mühüm stimul verir. Nazir strateji tərəfdaşlıq münasibətlərinə malik ölkələrimiz arasında iqtisadi əlaqələrin müsbət dinamikasını vurğulayıb, regional bağlantıların möhkəmləndirilməsi üçün geniş imkanları qeyd edib. Bildirilib ki, əlaqələr yalnız dövlətlərarası səviyyədə deyil, şəhərlər və regionlar arasında da fəal şəkildə inkişaf edir.

Əməkdaşlığın fəal təşviqi, sənaye, investisiya, ticarət, enerji, nəqliyyat-tranzit, rəqəmsallaşma, kənd təsərrüfatı və digər istiqamətlərdə tərəfdaşlığın, biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsi imkanları diqqətə çatdırılıb.

Həmçinin vurğulanıb ki, Orta Dəhliz Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biridir. Məqsəd dəhlizi sadəcə tranzit marşrutu deyil, əlavə dəyərin yaradıldığı iqtisadi platformaya çevirməkdir. Bunun üçün dəmir yolu və dəniz daşımalarının əlaqələndirilməsi, tariflərin optimallaşdırılması, rəqəmsal məlumat mübadiləsinin genişləndirilməsi istiqamətində əməkdaşlığın dərinləşdirilməsi vacibdir.

Qarabağ və Şərqi Zəngəzur yeni investisiya imkanları baxımından xüsusi əhəmiyyət daşıyır. Burada dövlət tərəfindən yaradılan infrastruktur və investisiya təşviqləri özəl sektor üçün əlverişli şərait formalaşdırır. Özbəkistanın işğaldan azad edilmiş ərazilərin bərpasına verdiyi dəstək iki ölkə arasındakı qardaşlığın mühüm göstəricisidir.

Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələrin ardıcıl şəkildə inkişaf etdiyini bildirib. Qarşılıqlı ticarətin və investisiyaların artırılması, regionlar arasında birbaşa biznes əlaqələrinin gücləndirilməsi və birgə layihələrin reallaşdırılması üçün geniş imkanların olduğu vurğulanıb.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Özbəkistanın Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyinin direktor vəzifəsini icra edən Roksana Nesor hər iki ölkənin investisiya və ixrac potensialı, sahibkarlar üçün təqdim olunan dəstək mexanizmləri barədə məlumat veriblər.

Forumda həmçinin Daşkənd Şəhər İcra Hakimiyyətinin başçısının müavini Şarof Raxmanov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Daşkənd Vilayətinin İcra Hakimiyyətinin başçısının müavini Jaxongir Mamajonov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Namanqan Şəhər İcra Hakimiyyətinin başçısı Ayubxon Kamalov və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış ediblər. Çıxışlarda regionlararası əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıq imkanlarının yaradılması istiqamətində fikirlər səsləndirilib. Bununla yanaşı, tədbirdə çıxış edən "Uzavtosanoat" SC-nin sədr müavini Davron Xidoyatov və "Azərşəkər" MMC-nin İdarə Heyətinin üzvü Cavid Abdullayev birgə işgüzar fəaliyyətin genişləndirilməsi və ortaq layihələrin təşviqi barədə danışıblar.

Özbəkistanla Azərbaycan arasında uğurla yekunlaşan IV Regionlararası Forum çərçivəsində ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş bir sıra sənədlər mübadilə edilib. Enerji, maliyyə, infrastruktur, tikinti və istehsal kimi prioritet sahələrdə əməkdaşlığı əhatə edən sənədlər biznes assosiasiyaları arasında əlaqələrin daha da möhkəmləndirilməsini, özəl sektorun potensialının tam reallaşdırılmasını və birgə layihələrin həyata keçirilməsini təmin edəcək.

Forum biznes dairələri arasında görüşlərlə davam edib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol