• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan balıq istehsalını və sertifikatlı toxumların payını artırmağı hədəfləyir – nazir müavini

Azərbaycan balıq istehsalını və sertifikatlı toxumların payını artırmağı hədəfləyir – nazir müavini
01.09.2026 12:30

Azərbaycan balıqçılıq sahəsində sahibkarların qeydiyyatının sadələşdirilməsini və balıq istehsalının artırılmasını əsas hədəflərdən biri kimi müəyyən edib. Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirilib.

“Balıqçılıqla bağlı hədəflər var və bu hədəflərə uyğun olaraq görüləcək işlər müəyyən edilib. Sahibkarların qeydiyyatının sadələşdirilməsi və balıq istehsalının artırılması əsas hədəflərdəndir”, - Qədimova mətbuat konfransında deyib.

Onun sözlərinə görə, balıqçılıq sahəsində sui-istifadə hallarının qarşısının alınması və dövlət nəzarətinin gücləndirilməsi də prioritet istiqamətlər sırasındadır.

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 27-də yeni “Balıqçılıq haqqında” qanunu təsdiqləyib. Qanun balıqçılıq sahəsində dövlət nəzarəti, su bioresurslarının mühafizəsi, akvakultura və balıq istehsalının inkişafı üçün yeni hüquqi çərçivə müəyyən edir.

Qədimova bildirib ki, toxumçuluq sahəsində də qanunvericilik yenilənib və yeni yanaşmanın əsas məqsədlərindən biri özəl sektorun bu sahədə iştirakını genişləndirməkdir.
“Sertifikatlı toxumun artırılması da əsas hədəflərdəndir”, - nazir müavini bildirib.

Yeni “Toxumçuluq haqqında” qanun toxum istehsalı və dövriyyəsi ilə yanaşı, sertifikatlaşdırma və keyfiyyətə nəzarət mexanizmlərini də tənzimləyir. 2026-2030-cu illər üzrə dövlət proqramında özəl sektorun iştirakı ilə toxum istehsalının təşviqi və toxumçuluqda keyfiyyətə nəzarət sisteminin gücləndirilməsi nəzərdə tutulub.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol