• $
  • €
  • ₽
  • ₺
  • £

Aqrar sığorta 90%-dən çox əkin sahəsini əhatə edir – Yeni bitkilər də əlavə olunacaq

Aqrar sığorta 90%-dən çox əkin sahəsini əhatə edir – Yeni bitkilər də əlavə olunacaq
08.09.2026 11:52

 

43 bitki növü üzrə sığorta təminatı ölkənin əkin ərazilərinin 90%-dən çoxunu əhatə edir. Bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədr müavini Ləman Əliyeva-Məmişova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda ölkədə əkilən bitkilərin 90%-dən çoxu Aqrar Sığorta Fondu tərəfindən sığorta təminatı ilə əhatə olunub.

“Bizim sığortaladığımız 43 bitki ölkənin əkin ərazilərinin 90%-dən çox hissəsini əhatə edə bilir. Yəni ölkədə əkilən bitkilərin 90%-dən çoxuna artıq təminat vermişik”, – deyə Fond rəsmisi bildirib.

Ləman Əliyeva-Məmişova qeyd edib ki, növbəti mərhələdə sığorta təminatının əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, əsas istiqamətlərdən biri hazırda sığorta təminatında olmayan subtropik bitkilərin sistemə daxil edilməsidir. Buraya kivi, feyxoa və digər bitkilər daxildir.

Bundan əlavə, bostan bitkilərinin də sığorta təminatına daxil edilməsi ilə bağlı layihədə dəyişikliklərin nəzərdə tutulduğu bildirilib.

Aytac

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol