• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı limanının konteyner aşırılma gücü 300 min TEU-ya çatdırılacaq

Bakı limanının konteyner aşırılma gücü 300 min TEU-ya çatdırılacaq
09.09.2026 10:18

Bakı Beynəlxalq Dəniz Limanının illik konteyner aşırılma gücünün 2027-ci ilin sonuna qədər təxminən 300 min TEU-ya çatdırılması planlaşdırılır. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Bakıda CICA çərçivəsində keçirilən “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda beynəlxalq konfransda deyib.

Rüstəmov bildirib ki, Azərbaycanın Asiya ilə Avropanın kəsişməsində yerləşməsi ölkənin həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərində rolunu artırır. Onun sözlərinə görə, dəmir yolu infrastrukturu və limanlara yatırılan investisiyalar Avrasiyanın nəqliyyat zəncirinin inkişafına və bazarlar arasında bağlantının gücləndirilməsinə xidmət edir.

ADY sədri qeyd edib ki, hazırda əsas prioritetlərdən biri Bakı limanının buraxılış imkanlarının genişləndirilməsidir. Limanın mövcud ümumi buraxılış gücü 15 milyon ton təşkil edir. Genişləndirmə layihəsi çərçivəsində isə bu göstəricinin əlavə 10 milyon ton artırılması nəzərdə tutulur.

O əlavə edib ki, limanın dizayn üzrə illik konteyner aşırılma gücü 100 min TEU müəyyənləşdirilib. Ötən il əməliyyat səmərəliliyinin artırılması nəticəsində bu göstərici 150 min TEU-ya yüksəldilib.

“Bu il davam edən layihə çərçivəsində konteyner aşırılma gücünün 200 min TEU-ya çatdırılması real görünür. Hədəfimiz 2027-ci ilin sonuna qədər bu rəqəmi təxminən 300 min TEU-ya çatdırmaqdır”, -  sədr vurğulayıb.

Aytac

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol