• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda emal sənayesi 3 %-dən çox böyüyüb

Azərbaycanda emal sənayesi 3 %-dən çox böyüyüb
11.09.2026 11:04

2026-cıilin yanvar-avqust aylarında Azərbaycanın emal sənayesində 14 milyard 912,1 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur.

Emal sənayesində daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (+89,3 %), əczaçılıq məhsullarının istehsalı (+48,4 %), mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı (+38,7 %), toxuculuq sənayesi (+28,8 %), tütün məmulatlarının istehsalı (+16,3 %), kağız və karton istehsalı (+14,1 %), rezin və plastik kütlə məmulatlarının istehsalı (+9,2 %), tikinti materiallarının istehsalı (+9 %), dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı (+8 %), qida məhsullarının istehsalı (+7,9 %), metallurgiya sənayesi (+6,9 %), elektrik avadanlıqlarının istehsalı (+5,4 %) sahələrində olub.

 8 ay ərzində ölkədə sənaye istehsalının ümumi dəyəri illik müqayisədə 0,4 % azalaraq 44 milyard 620,3 milyon manat, o cümlədən neft-qaz sənayesi istehsalının ümumi dəyəri 1,5 % azalaraq 30 milyard 14,4 milyon manat, qeyri-neft-qaz sənayesi istehsalının ümumi dəyəri 5,4 % artaraq 14 milyard 605,9 milyon manat olub.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol