• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində İşçi Qruplarının iclası keçirilib

Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində İşçi Qruplarının iclası keçirilib
11.09.2026 12:43

Bakıda keçirilən Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə 6 İşçi Qrupunun birgə iclası baş tutub. İclasda karbohidrogen və neft-kimya, elektrik enerjisi bazarı, ötürmə və paylama, tənzimləmə, enerji səmərəliliyi və mədənçilik üzrə işçi qrupları rəhbərlərinin məruzələri dinlənilib.

Tərəflər təbii qaz tədarükü, qaz infrastrukturu, rəqəmsallaşma, interkonnektor xətləri, enerji saxlanc sistemləri, ağıllı sayğaclar və "Sərhəddə Karbon Tənzimləmə Mexanizmi" üzrə tərəfdaşlığın genişləndirilməsini razılaşdırıblar. Eyni zamanda dənizdə külək enerjisi, bərpaolunan enerjinin şəbəkəyə inteqrasiyası, aktiv istehlakçı modeli və yaşıl enerji ixracının tənzimlənməsi istiqamətində təcrübə mübadiləsinin dərinləşdirilməsi qərara alınıb.

Enerji səmərəliliyi sahəsində isə məcburi enerji auditi subyektlərində monitorinq, ESCO bazarının inkişafı, binaların enerji pasportlaşdırılması və emissiyaların rəqəmsal hesablanması üzrə birgə fəaliyyətlərin həyata keçirilməsi barədə razılıq əldə edilib.

N.Təbrizli

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol