• $
  • €
  • ₽
  • ₺
  • £

İlin sonunadək Kəlbəcər və Laçında 4 KSES istismara veriləcək- Pərviz Şahbazov

İlin sonunadək Kəlbəcər və Laçında 4 KSES istismara veriləcək- Pərviz Şahbazov
11.09.2026 13:21

Hazırda Kəlbəcər və Laçında inşa olunan 4 kiçik su elektrik stansiyasının bu ilin sonunadək istismara verilməsi planlaşdırılır. Bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, Kəlbəcərdə 240 meqavat gücündə külək elektrik stansiyası layihəsi üzrə ölçmə və qiymətləndirmə işləri aparılır: "Eyni zamanda, türkiyəli investorlarla Naxçıvanda 1000 meqavat gücündə günəş elektrik stansiyaları üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilir. Binalarda enerji səmərəliliyi üzrə bu yaxınlarda imzalanmış Anlaşma Memorandumu nəzərə alaraq türkiyəli investorlar bu sahədə də fəal əməkdaşlığa dəvət edirik".

Nazir əlavə edib ki, Azərbaycan bütün strateji proseslərdə olduğu kimi, "təmiz enerji" gələcəyinə gedən yolda da Türkiyəni ən yaxın və etibarlı müttəfiqi hesab edir: "Enerji keçidi isə artıq rəqəmsallaşma və süni intellektlə ayrılmaz şəkildə bağlıdır. Gələcəkdə rəqabət üstünlüyü yalnız daha çox enerji istehsal edənlərdə deyil, enerji datalarını səmərəli idarə edən və süni intellekt vasitəsilə dəyərə çevrilən ölkələrdə olacaq. Bu baxımdan strateji enerji tərəfdaşlığımızın süni intellekt və rəqəmsal transformasiya sahələrini də əhatə etməsi artıq zamanın tələbidir".

Şahbazov qeyd edib ki, bu aspektdə süni intellekt və rəqəmsal transformasiya Azərbaycan-Türkiyə enerji forumunun yeni prioritet istiqamətinə çevrilməlidir: "Bu gün həyata keçirdiyimiz və gələcəyə yönəlmiş enerji layihələrimiz yalnız iki qardaş ölkənin rifahına deyil, bütövlükdə regionda sabitliyin möhkəmləndirilməsinə, enerji təhlükəsizliyin təmin olunmasına və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edir".

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol