• $
  • €
  • ₽
  • ₺
  • £

Samir Nəsirov: Azərbaycanın cari əməliyyatlar balansında 4,7 milyard dollarlıq profisit yaranıb

Samir Nəsirov: Azərbaycanın cari əməliyyatlar balansında 4,7 milyard dollarlıq profisit yaranıb
15.09.2026 11:08

 

Azərbaycanın tədiyə balansı 2026-cı ilin ilk 6 ayında qlobal əmtəə, xidmət və maliyyə bazarlarında baş verən qiymət dəyişikliklərindən əhəmiyyətli dərəcədə təsirlənib.

Bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, hesabat dövründə tədiyə balansının əsas komponenti olan cari əməliyyatlar balansında 4,7 milyard dollarlıq profisit yaranıb.

“Bu, ümumi daxili məhsulun 12,4%-ni təşkil edir və ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur. Cari əməliyyatlar balansının belə profisitlə formalaşması makroiqtisadi sabitlik baxımından müsbət haldır”.

Nəsirov qeyd edib ki, hesabat dövründə neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti təxminən 24% artaraq 9 milyard dollar təşkil edib.

“Qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansının kəsiri isə 4,3 milyard dollar olub. Bu da öz növbəsində cari əməliyyatlar balansının 4,7 milyard dollarlıq profisitini şərtləndirib”, - deyə o bildirib.

Mərkəzi Bank rəsmisi əlavə edib ki, kapital və maliyyənin hərəkəti balansında 3 milyard dollarlıq kəsir yaranıb. Onun sözlərinə görə, kəsirin əsas səbəbi xalis xarici maliyyə aktivlərinin 3,3 milyard dollar, xalis xarici maliyyə öhdəliklərinin isə təxminən 300 milyon dollar artmasıdır.

Aytac

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol