• $
  • €
  • ₽
  • ₺
  • £

İlkin gəlirlər balansının kəsiri 16% azalıb

İlkin gəlirlər balansının kəsiri 16% azalıb
15.09.2026 11:14

2026-cı ilin ilk 6 ayında Azərbaycanın ilkin gəlirlər balansında 908 milyon dollarlıq kəsir yaranıb.

Bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, ilkin gəlirlər balansının kəsiri ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% azalıb.

Nəsirov qeyd edib ki, ilkin gəlirlər balansında əsasən faiz repatriasiyası və faiz gəlirləri nəzərə alınır. Neft və qazın qiymətlərinin artması faiz repatriasiyasının da yüksəlməsinə səbəb olur.

“Bu dövrdə birbaşa investisiya portfelindən ölkə xaricinə çıxan faiz repatriasiyası xalis olaraq 1,4 milyard dollar kəsirlə formalaşıb”, - o bildirib.

Mərkəzi Bank rəsmisi bildirib ki, ilkin gəlirlər balansında qiymətli kağızlar portfelindən əldə olunan faiz gəlirləri profisit yaradıb.

Onun sözlərinə görə, hesabat dövründə qiymətli kağızlar portfelindən xalis olaraq 606 milyon dollarlıq profisit formalaşıb. Bu, ölkə xaricində qiymətli kağızlara yatırılmış portfel investisiyalarından əldə olunan xalis faiz gəliridir.

Nəsirov bildirib ki, 2026-cı ilin ilk 6 ayında cari əməliyyatlar balansının profisiti ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 4,7 milyard dollar təşkil edib.

“Bu profisiti şərtləndirən əsas amil xalis ticarət balansı və təkrar gəlirlər balansı olub”, - o qeyd edib.

Aytac

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol