• $
  • €
  • ₽
  • ₺
  • £

AMB-nin nəzarəti maliyyə qruplarını da əhatə edəcək

AMB-nin nəzarəti maliyyə qruplarını da əhatə edəcək
17.09.2026 11:05

Azərbaycan Mərkəzi Bankının (AMB) nəzarət səlahiyyətlərinin ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarını da əhatə etməsi nəzərdə tutulur.


Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Mərkəzi Bank haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.


Layihəyə əsasən, AMB bankların, həyatın yığım sığortası ilə məşğul olan yerli və xarici sığortaçıların, təkrarsığortaçıların, sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin daxil olduğu qruplara konsolidasiya edilmiş nəzarət həyata keçirəcək.


Bu, nəzarətin maliyyə qrupuna daxil olan şirkətlərin hər biri üzrə ayrıca deyil, bütövlükdə qrup səviyyəsində aparılmasına imkan verəcək.


Maliyyə institutlarının və qruplarının çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı risk profilləri dövri qiymətləndiriləcək.


Risk profili maliyyə institutu yenidən təşkil edildikdə, benefisiar mülkiyyətçisi dəyişdikdə, fəaliyyət növləri, müştəri qrupu və ya coğrafi fəaliyyət dairəsi yeniləndikdə təkrar qiymətləndiriləcək.
Əməliyyatların intensivliyi və ya məbləği əvvəlki təqvim ili ilə müqayisədə 40% və daha çox artdıqda da yeni qiymətləndirmə aparılacaq.


AMB nəzarətin dövriliyini və intensivliyini maliyyə institutunun və ya qrupun risk profilinə, daxili qaydalarına və nəzarət mexanizmlərinə əsasən müəyyən edəcək. Ölkə səviyyəsində çirkli pulların yuyulması, terrorçuluğun və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsi riskləri də nəzərə alınacaq.


Qanun layihəsi AMB-yə maliyyə institutları və qruplarından yazılı sorğu əsasında sənəd və məlumat tələb etmək hüququ da verir. Tələb edilən məlumatlar Mərkəzi Bankın müəyyən etdiyi müddətdə təqdim olunmalıdır.


Dəyişikliklər Avropa Şurasının MONEYVAL komitəsinin Azərbaycan üzrə beşinci qiymətləndirmə hesabatında Maliyyə Tədbirləri üzrə İşçi Qrupun (FATF) maliyyə institutlarına nəzarətlə bağlı 26-cı və nəzarət orqanlarının səlahiyyətlərinə dair 27-ci tövsiyələri əsasında hazırlanıb.


Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır
İqtisadiyyat 09:17
Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol