• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan-Qırğız İnkişaf Fondunun kapitalı $200 milyona çatdırılacaq

Azərbaycan-Qırğız İnkişaf Fondunun kapitalı $200 milyona çatdırılacaq
17.09.2026 11:15

Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq $100 milyondan $200 milyona çatdırılması nəzərdə tutulur. Bunu deputat Zaur Şükürov bildirib.


O, Milli Məclisin komitə iclasında deyib ki, dəyişiklik 2022-ci il oktyabrın 11-də imzalanmış fondun yaradılması haqqında sazişə ikinci əlavə sazişdə əksini tapıb.


“Fondun nizamnamə kapitalı ilkin olaraq $25 milyon təşkil edirdi. 2024-cü il aprelin 24-də imzalanmış əlavə sazişlə bu məbləğ $100 milyona, yeni dəyişikliklərlə isə $200 milyona çatdırılır”, - Şükürov bildirib.


Beləliklə, Bişkekdə yerləşən fondun nizamnamə kapitalı yaradıldığı vaxtdan bəri səkkiz dəfə artırılmış olacaq. Fond Azərbaycan və Qırğızıstanda birgə investisiya layihələrinin maliyyələşdirilməsi üçün yaradılıb.


Şükürovun sözlərinə görə, dəyişiklik iki ölkənin ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə və birgə layihələrin həyata keçirilməsinə marağını göstərir.


Deputat, həmçinin Azərbaycan və Qırğızıstan arasında beynəlxalq avtomobil daşımalarını və tranziti tənzimləyən yeni sazişi təqdim edib.


“24 maddədən ibarət saziş avtomobil əlaqələrini və tərəflərin əraziləri üzrə tranzit daşımalarını inkişaf etdirmək, daşıma şərtlərini sadələşdirmək məqsədi daşıyır”, — o deyib.


Saziş iki ölkədə qeydiyyata alınmış nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarının, o cümlədən müntəzəm və qeyri-müntəzəm reyslərin qaydalarını müəyyən edir.


Sənədə əsasən, ağır xəstələrin, avtobusla sərnişinlərin, heyvanların və tez xarab olan məhsulların daşınması zamanı sərhəd, gömrük, baytarlıq, fitosanitar və sanitar nəzarəti prioritet qaydada həyata keçiriləcək.


Tərəflər milli təhlükəsizliyə təhlükə yarada biləcək tranzit daşımalarına məhdudiyyət tətbiq etmək hüququnu saxlayacaq.


Şükürov bildirib ki, avtomobil daşımaları haqqında saziş Azərbaycan və Qırğızıstan arasında əlaqələri genişləndirməklə yanaşı, Orta Dəhlizin inkişafına da töhfə verəcək.


Hər iki sənəd iyulun 31-də Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı Çolpon-Ata şəhərində imzalanıb. Qanun layihələrinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi təklif olunub.

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol