• $
  • €
  • ₽
  • ₺
  • £

Bayramov dövlət satınalmalarında süni intellektdən istifadəni təklif edib

Bayramov dövlət satınalmalarında süni intellektdən istifadəni təklif edib
17.09.2026 12:01

Azərbaycanda dövlət satınalmalarının şəffaflığını və səmərəliliyini artırmaq üçün tenderlərin qiymətləndirilməsində süni intellektdən daha geniş istifadə olunmalıdır. Bunu deputat Vüqar Bayramov bildirib.

“Dövlət satınalmalarında şəffaflıq önəmlidir, amma səmərəlilik də vacibdir. Satınalma daha şəffaf olsa da, səmərəli deyilsə, onun iqtisadi effekti yüksək olmur”,- Bayramov Milli Məclisdə çıxışı zamanı deyib.

O bildirib ki, yeni “Dövlət satınalmaları haqqında” qanun qüvvəyə mindikdən sonra qanun pozuntularının sayı azalsa da, Hesablama Palatası 2025-ci ildə də belə hallar qeydə alıb.
Bayramovun sözlərinə görə, Hesablama Palatasının rəyində dövlət satınalmalarının 51%-dən çoxunda ehtimal olunan qiymətlə şirkətlərin təklif etdiyi qiymət arasındakı fərqin 20%-i ötdüyü göstərilib.

“Bu fərq qanunvericilik və səmərəlilik baxımından kifayət qədər ciddidir”, - deputat deyib.

Qiymətlər arasındakı fərq özlüyündə pozuntu demək deyil və təklifin ehtimal olunan qiymətdən aşağı olması büdcə vəsaitinə qənaət də yarada bilər.

Bayramov isə süni intellektdən istifadənin belə kənarlaşmaların səbəblərini daha sürətli müəyyən etməyə imkan verəcəyini bildirib.

“Dövlət satınalmalarında və tenderlərdə süni intellektdən istifadə zəruridir. Bu, qərarların daha qısa müddətdə qəbuluna, qiymət fərqlərinin müəyyənləşdirilməsinə və birbaşa müdaxilələrin məhdudlaşdırılmasına imkan verəcək”, - o deyib.

Bayramov bildirib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrin əksəriyyətində dövlət satınalmalarında süni intellektdən müxtəlif formalarda istifadə olunur, İtaliyada isə süni intellekt və blokçeyn texnologiyalarına dair ayrıca qanunvericilik qəbul edilib.

Onun sözlərinə görə, Azərbaycanda dövlət satınalmalarının Rəqəmsal Dövlət Maliyyə İnformasiya Sisteminə inteqrasiyası süni intellekt alətlərinin tətbiqi üçün texniki baza yaradır.

“Bu, həm daha şəffaf, həm də daha səmərəli qərarların qəbuluna imkan verəcək”, - Bayramov bildirib.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol