• $
  • €
  • ₽
  • ₺
  • £

PAŞA Bankın əməliyyat xərcləri 1,8% artıb

PAŞA Bankın əməliyyat xərcləri 1,8% artıb
18.09.2026 15:19

 

2026-cı ilin ilk yarısında “PAŞA Bank”ın əməliyyat xərcləri 103,2 mln manat təşkil edib.

Bunu “PAŞA Bank”ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev deyib.

Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,8% artıb. 2025-ci ilin ilk yarısında bankın əməliyyat xərcləri 101,4 mln manat olub.

Xərclərin gəlirə nisbəti 2025-ci ilin eyni dövründəki 45,62%-dən 47,01%-ə yüksəlib.

Nağıyev bildirib ki, hesabat dövründə bankın əməkdaşlarının sayı 1 600 nəfərdən 1 539 nəfərə azalsa da, işçilər üzrə ümumi xərclər 63,7 mln manatdan 66 mln manata yüksəlib.

Proqram təminatına çəkilən xərclər 6,8 mln manatdan 8,2 mln manata, loyallıq milləri üzrə xərclər isə 1,9 mln manatdan 3,4 mln manata artıb.

Eyni zamanda, xeyriyyə və sponsorluq xərcləri 2,9 mln manatdan 632 min manata, peşəkar xidmətlərə çəkilən xərclər isə 3,3 mln manatdan 2,9 mln manata enib.

Nağıyev qeyd edib ki, investisiyaların 80%-dən çoxu əməkdaşlara, proqram təminatına və infrastruktura yönəldilib.

Aytac

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol