• $
  • €
  • ₽
  • ₺
  • £

Murad Süleymanov: PAŞA Bank səhmdarlarına 107 milyon manat dividend elan edib

Murad Süleymanov: PAŞA Bank səhmdarlarına 107 milyon manat dividend elan edib
18.09.2026 15:36

“PAŞA Bank” 2026-cı ilin iyununda səhmdarlarına 107,043 milyon manat dividend elan edib.

Bunu “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Murad Süleymanov deyib.

Onun sözlərinə görə, 30 iyun 2026-cı il tarixinə bankın bir səhm üzrə əsas və azaldılmış gəliri (EPS) 5,16 manat, orta kapital gəlirliliyi (ROAE) isə 10,3% təşkil edib.

Süleymanov bildirib ki, elan edilmiş dividendin 53,5225 milyon manatı, yəni hər səhm üzrə təxminən 2,86 manat 10 iyulda ödənilib. Qalan 53,5225 milyon manatın isə oktyabrın ikinci yarısında ödənilməsi planlaşdırılır.

O qeyd edib ki, 107 milyon manatlıq dividend üzrə ödəmə əmsalı 57,7%, 2025-ci ilin dekabrında ödənilən 129 milyon manat dividend üzrə isə 59% olub. Bankın minimal dividend ödəmə əmsalı xalis mənfəətin 30-40%-i səviyyəsində müəyyən edilib.

Murad Süleymanov əlavə edib ki, bankın 2026-cı il üzrə dividend ödəmə əmsalı ilə bağlı gözləntisi ilin sonunda açıqlanacaq.

Aytac
 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol