• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov

Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
25.09.2026 16:47

Azərbaycanda rezident fiziki şəxslərin xarici valyutada olan əmanətlərinin payı tarixi minimuma - 25,8%-ə düşüb. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.

“Dollarlaşma azalmaqda davam edir və rezident fiziki şəxslərin xarici valyutada olan əmanətlərinin payı tarixi minimuma - 25,8%-ə enib”, - Kazımov deyib.

Onun sözlərinə görə, avqustun sonuna Azərbaycanın strateji valyuta ehtiyatları $90,8 milyard təşkil edib. Bu göstərici ölkənin ÜDM-ni üstələyir və 41 aylıq mal idxalını maliyyələşdirməyə imkan verir.

Strateji ehtiyatlar Azərbaycanın xarici dövlət borcundan 3,5 dəfə çoxdur, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə təxminən 6% təşkil edir.

Kazımov bildirib ki, manatın ABŞ dollarına qarşı məzənnəsi 2017-ci ildən sabit qalır.

Azərbaycan Fitch və Moody’s agentliklərinin investisiya səviyyəli suveren kredit reytinqinə malikdir.

Mərkəzi Bankın iyul proqnozlarına əsasən, 2026-cı ilin yekununda qeyri-neft ÜDM-nin 5,4% artacağı, cari əməliyyatlar hesabında isə $6,1 milyard profisit yaranacağı gözlənilir.

Kazımovun sözlərinə görə, inflyasiya Mərkəzi Bankın hədəf dəhlizindədir və orta müddətli dövrdə həmin diapazonda qalacağı proqnozlaşdırılır.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol