• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank

Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
25.09.2026 17:17

Azərbaycana yönələn birbaşa xarici investisiyalarda maliyyə institutlarının payı cəmi 7% təşkil edir və bu sahədə mövcud potensialdan tam istifadə olunmur. Bunu “PAŞA Bank”ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bildirib.


“Maliyyə institutlarına baxdıqda bu göstərici cəmi 7%-dir. Düşünürəm ki, potensial bundan daha böyükdür”, - Nağıyev deyib.

Onun sözlərinə görə, beynəlxalq maliyyə institutları yerli banklarla əməkdaşlıq edərək logistika, nəqliyyat və yaşıl enerji layihələrinin maliyyələşdirilməsində daha fəal iştirak edə bilər.

Nağıyev bildirib ki, Çin mallarının Azərbaycan üzərindən Avropaya çatdırılma müddətinin 14–15 günədək azalması Orta Dəhlizi beynəlxalq investorlar üçün cəlbedici edir.

PAŞA Bankın logistika və nəqliyyat sektoruna kredit portfeli də son altı ayda artıb.

“Burada böyük imkan və potensial var. Bu, beynəlxalq investorların ilk növbədə nəzərə almalı olduqları məsələlərdəndir”, - o bildirib.

Nağıyev yaşıl keçidi investisiya üçün ikinci əsas istiqamət adlandıraraq, beynəlxalq şirkətlərlə yanaşı, yerli bankların da Azərbaycandakı bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsində iştirak etdiyini deyib.

Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol