• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev

Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
26.09.2026 10:00

Azərbaycan manatının ABŞ dollarına qarşı 1,7 səviyyəsində olan məzənnəsinin sabitliyi davam edəcək. Bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.


“2017-ci ilin aprelində bir dollar 1,7 manat idi, bu gün də elədir. Bu sabitlik davam edəcək, çünki yaxşı ticarət balansımız var”, - Əliyev deyib.

Onun sözlərinə görə, məzənnənin sabitliyini ölkənin maliyyə ehtiyatları və aşağı xarici borc səviyyəsi də dəstəkləyir.

Azərbaycanın xarici dövlət borcu ÜDM-in 5,6%-ni təşkil edir, valyuta ehtiyatları isə bu borcu təxminən 10 dəfə üstələyir.
“Biz xarici borcu faktiki olaraq bir gündə sıfırlaya bilərik”, - Prezident bildirib.

Əliyev həmçinin bildirib ki, Azərbaycan 30 il əvvəl xarici investorlarla neft-qaz sektorunda imzalanmış müqavilələrin şərtlərini, bəzi parametrlərindən tam razı qalmasa belə, dəyişdirməyib.
“Müqavilələrin bəzi parametrlərindən 100% razı olmasaq da, məsuliyyətin üstün gəlməli olduğunu düşünürük”, - o deyib.

Prezident siyasi və iqtisadi sabitliyin, təhlükəsizliyin və müqavilə öhdəliklərinə əməl olunmasının Azərbaycana yeni investisiyaların cəlbini dəstəkləyəcəyini bildirib.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol