• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank nümayəndələri “Sibos2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Kapital Bank nümayəndələri “Sibos2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
05.10.2026 16:01

 

Kapital Bank dünyanın aparıcı maliyyə institutlarını, texnologiya şirkətlərini və digər maliyyə bazarı iştirakçılarını bir araya gətirən “Sibos 2026” beynəlxalq konfransında iştirak edib. Bankın nümayəndələri tədbir çərçivəsində beynəlxalq tərəfdaşlarla 30-dan çox işgüzar görüş keçiriblər.

İlk dəfə Mayami şəhərində keçirilən konfransın əsas mövzusu “Digital finance for AI-driven economies” (“Süni intellekt əsaslı iqtisadiyyatlar üçün rəqəmsal maliyyə”) olub. Dörd gün davam edən tədbirdə “Süni intellekt və innovasiyalar”, “Ödənişlər”, “Ticarətin maliyyələşdirilməsi”, “Rəqəmsal aktivlər”, “Kibertəhlükəsizlik”, “Məlumatların idarə edilməsi” və “Maliyyə sektorunda dayanıqlılıq” kimi mövzular müzakirə edilib.

Kapital Bank nümayəndələrinin keçirdiyi görüşlər beynəlxalq tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyət daşıyıb. “Sibos” kimi qlobal platformalar banklara beynəlxalq maliyyə sektorundakı yenilikləri yaxından izləmək, tərəfdaşlarla fikir mübadiləsi aparmaq və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək imkanı yaradır.

Kapital Bank beynəlxalq maliyyə platformalarında iştirakı və tərəfdaşlıq əlaqələrinin inkişafı vasitəsilə müştərilərinə təqdim etdiyi xidmət və imkanları genişləndirməyə yönəlmiş fəaliyyətini davam etdirir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır
İqtisadiyyat 09:17
Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol