• $
  • €
  • ₽
  • ₺
  • £

Ələt AİZ-də hava limanı 2027-ci ilin yazında istifadəyə hazır olacaq

Ələt AİZ-də hava limanı 2027-ci ilin yazında istifadəyə hazır olacaq
06.10.2026 10:40

Azərbaycanın Ələt Azad İqtisadi Zonasında (AİZ) inşa olunan hava limanının 2027-ci ilin martın sonu və ya aprelin əvvəlində istismara hazır olması planlaşdırılır. Bunu “Ələt” AİZ-in İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən “Almaniya-Azərbaycan: Strateji Tərəfdaşlıq və Bağlantılar” konfransında deyib.

Ələsgərovun sözlərinə görə, hava limanının tikintisinə 2024-cü ilin aprelində başlanılıb və işlərin bu ilin sonuna qədər tamamlanması gözlənilir.

Layihənin həyata keçirilməsi üçün AİZ ərazisində 750 hektar torpaq sahəsi ayrılıb. Hava limanı və ona bitişik logistika infrastrukturu yerli yük aviadaşıyıcısı “Silk Way Airlines” ilə əməkdaşlıq çərçivəsində inkişaf etdirilir.

“Ələt” AİZ-in əsas üstünlüklərindən biri onun “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşməsidir.

Ələsgərov bildirib ki, hava limanının ilk mərhələdə illik yükdaşıma gücü 500 min ton olacaq. Sonrakı mərhələdə bu göstəricinin ildə ən azı 2 milyon tona çatdırılması nəzərdə tutulur.

Onun sözlərinə görə, hava nəqliyyatı infrastrukturunun yaradılması yüksək texnologiyalı istehsal sahələrinin inkişafı və AİZ-in investisiya cəlbediciliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Aytac

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol