• $
  • €
  • ₽
  • ₺
  • £

Yusif Qayıbov: “Yaşıl Enerji Dəhlizi” üzrə nazirlər 4 ildə 12 dəfə görüşüb

Yusif Qayıbov: “Yaşıl Enerji Dəhlizi” üzrə nazirlər 4 ildə 12 dəfə görüşüb
06.10.2026 11:11

“Yaşıl Enerji Dəhlizi” layihəsini digər təşəbbüslərdən fərqləndirən əsas amillərdən biri layihədə iştirak edən dörd ölkə arasında strateji tərəfdaşlıq sazişinin mövcud olmasıdır. Bunu “Green Energy Corridor Power Company”nin rəhbəri Yusif Qayıbov deyib.

Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında strateji tərəfdaşlıq sazişi imzalanıb.

“Artıq 2024-cü ildən fəaliyyətdə olan birgə müəssisə – “Yaşıl Enerji Dəhlizi Şirkəti” mövcuddur. Bu şirkətin öz komandası, büdcəsi və layihənin icrası üçün zəruri olan bütün resursları var. layihənin digər üstünlüyü yüksək səviyyəli siyasi və institusional dəstəyin olmasıdır. Son dörd il də bu işə cavabdeh olan nazirlər 12 dəfə görüşüblər. Növbəti nazirlər görüşü isə noyabrın sonunda baş tutacaq. Bu, qərarverici şəxslərdən yüksək səviyyəli dəstək almaq imkanının olduğunu göstərir”, - rəhbər vurğulayıb.

Qayıbovun sözlərinə görə, bu görüşlər çərçivəsində layihənin icrası zamanı yaranan çağırış və problemlər müzakirə olunur, onların həlli yolları müəyyənləşdirilir.

“Digər mühüm amil layihənin əvvəllər elektrik enerjisi ilə bir-birinə bağlı olmayan dörd ölkəni birləşdirməsidir. Bunlar layihənin reallaşması üçün əlavə güclü stimul yaradan amillərdir”, - o əlavə edib.

Şirkət rəhbəri bildirib ki, layihənin həyata keçirilməsi üçün bankların, şirkətlərin, beynəlxalq maliyyə institutlarının və özəl sektorun dəstəyinə ehtiyac var.

“Beləliklə, bölüşdürülə biləcək risklər də mövcuddur. Biz bu mühüm layihəni həyata keçirmək üçün müəyyən məsuliyyəti üzərimizə götürə bilərik”, - Qayıbov deyib.

O əlavə edib ki, “Yaşıl Enerji Dəhlizi” həmçinin tələbat mərkəzləri ilə enerji resurslarının xəritələndirildiyi nadir layihələrdən biridir.

“Bir tərəfdən elektrik enerjisini daha ucuz maya dəyəri ilə istehsal edə bilirsiniz, digər tərəfdən isə regionumuzdan gələn bu yaşıl elektrik enerjisinə tələbat var. Layihəmizi digərlərindən fərqləndirən amillər bunlardır”, - Qayıbov bildirib.

Aytac

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol