• $
  • €
  • ₽
  • ₺
  • £

VNG Azərbaycan qazının idxalını artırmaq istəyir

VNG Azərbaycan qazının idxalını artırmaq istəyir
06.10.2026 12:15

Almaniyanın VNG AG enerji şirkəti Azərbaycandan təbii qaz idxalının həcmini artırmaq niyyətindədir və uzunmüddətli tədarük imkanlarını nəzərdən keçirir, şirkətin baş vitse-prezidenti Oliver Hill çərşənbə axşamı bildirib.

Hill Bakıda keçirilən Almaniya-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib ki, VNG Azərbaycandan qaz idxalına bu ilin əvvəlindən başlayıb.

“İlkin mərhələdə bunlar nisbətən kiçik həcmlərdir, bu, ilk addımdır. Biz həmin həcmləri artırmaq istərdik. Bu, məqsədlərimizdən biridir və əməkdaşlığımızın əsas istiqamətlərindən biridir”, - Hill bildirib.

Onun sözlərinə görə, VNG və Azərbaycanın dövlət neft şirkəti SOCAR bir neçə gün əvvəl həm təbii qazın Avropaya tədarükünü, həm də enerji keçidi sahəsində əməkdaşlığı nəzərdə tutan uzunmüddətli tərəfdaşlıq barədə razılığa gəliblər.

Hill bildirib ki, VNG 15-20 illik dövrü əhatə edən uzunmüddətli tədarük əməkdaşlığına açıqdır.

O əlavə edib ki, uzunmüddətli perspektivdə tərəflər hidrogen və biometan da daxil olmaqla, karbonsuzlaşdırılmış enerji mənbələrinin Azərbaycandan Avropaya tədarükü imkanlarını inkişaf etdirməyi nəzərdən keçirirlər.

N. Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol