• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Limanında konteyner aşırılması doqquz ayda 30% artıb

Bakı Limanında konteyner aşırılması doqquz ayda 30% artıb
06.10.2026 16:02

Bakı Limanında 2026-cı ilin yanvar–sentyabrda konteyner aşırılması ötən ilin eyni dövrü ilə müqayisədə 30% artaraq ilkin hesablamalara əsasən 99 800 TEU-ya çatıb. Bunu limanın müşaviri Xudayar Həsənli bildirib.

Onun sözlərinə görə, artım Çindən gələn yük axını hesabına təmin olunub. Həsənli doqquz ayın yekun göstəricilərinin hələ dəqiqləşdirilməli olduğunu qeyd edib.

Liman 2026-cı ilin yekununda təxminən 123 min TEU konteyner aşırılmasını gözləyir. Ötən il bu göstərici 107 min TEU-nu keçib. TEU bir 20 futluq konteynerə ekvivalent ölçü vahididir.

Həsənli 2027-ci il üçün ilkin gözləntinin 130–140 min TEU olduğunu bildirib. O vurğulayıb ki, nəticə bütün nəqliyyat dəhlizinin, o cümlədən Qazaxıstan infrastrukturunun fəaliyyətindən asılı olacaq.

Liman həmçinin yük avtomobillərinin dayanması və onlara xidmət göstərilməsi üçün TIR parkının yaradılması imkanını araşdırır. Həsənlinin sözlərinə görə, hazırda belə infrastruktura ehtiyac və müvafiq xidmətlərə tələbat qiymətləndirilir.

Bazar araşdırmasından sonra maliyyə modelinin nəzərdən keçirilməsi, daha sonra baş planın hazırlanması və layihələndirmə mərhələsinə keçilməsi nəzərdə tutulur.

Həsənli vurğulayıb ki, təşəbbüs hələ araşdırma mərhələsindədir və hökumətə təqdim edilməyib. Mümkün layihənin icra müddəti, miqyası və dəyəri müəyyənləşdirilməyib.

 

N.Təbrizli

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol