• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan rifah göstəricisinə görə 133 ölkə arasında 57-ci yerdədir

Azərbaycan rifah göstəricisinə görə 133 ölkə arasında 57-ci yerdədir
08.10.2026 11:52

Azərbaycan 2026-cı il Chandler Good Government Index-də əhalinin rifahı göstəricisi üzrə 57-ci yerdə qərarlaşıb.

Azərbaycanın ümumi reytinqdə də mövqeyi 57-ci olub. Ölkənin ən yüksək nəticəsi isə maliyyə idarəçiliyi istiqamətində qeydə alınıb. Azərbaycan bu istiqamət üzrə 133 ölkə arasında üçüncü yeri tutub.

Maliyyə idarəçiliyi üzrə Azərbaycan büdcə profisiti göstəricisində birinci, dövlət xərclərinin səmərəliliyi üzrə 16-cı, dövlət borcu üzrə 26-cı, ölkə risk mükafatı üzrə isə 59-cu yerdə qərarlaşıb.

İndeksin digər istiqamətləri üzrə Azərbaycan liderlik və strateji baxışda 39-cu, qanun və siyasətlərin keyfiyyətində 67-ci, bazar cəlbediciliyində 68-ci, güclü institutlar və beynəlxalq nüfuz sahələrində isə 94-cü yerdədir.

Chandler Good Government Index hökumətlərin bacarıq və səmərəliliyini 7 istiqamət və 35 göstərici üzrə qiymətləndirir. 2026-cı il üzrə ümumi reytinqə Sinqapur başçılıq edir. Norveç ikinci, Danimarka isə üçüncü yerdədir.

Hesabatın məlumatları 2025-ci il dekabrın 1-dək olan dövrü əhatə edir.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol