• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 9 ayda 19,9 mln ton neft, 37,9 mlrd kubmetr qaz hasil edilib

Azərbaycanda 9 ayda 19,9 mln ton neft, 37,9 mlrd kubmetr qaz hasil edilib
15.10.2026 10:25

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 19,9 milyon ton neft (kondensatla birlikdə) və 37,9 milyard kubmetr təbii qaz hasil olunub.

Energetika Nazirliyinin operativ məlumatlarına əsasən, neft hasilatının 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli” (AÇG), 2,6 milyon tonu “Şahdəniz”, 0,4 milyon tonu “Abşeron” yatağının, 5,1 milyon tonu isə SOCAR-ın payına düşüb. Dövr ərzində ixrac edilən 15,5 milyon ton neftin 14,2 milyon tonunu konsorsium, 0,8 milyon tonunu SOCAR, 0,5 milyon tonunu isə JOCAP reallaşdırıb. Ölkədə orta gündəlik hasilat 73 min ton (547 min barel), neft emalı isə 4,5 milyon ton təşkil edib.

Qaz hasilatında da əsas pay “Şahdəniz” (20,6 mlrd kubmetr) və AÇG-nin (10,8 mlrd kubmetr) olub; “Abşeron”dan 1,2 mlrd kubmetr, SOCAR üzrə isə 5,3 mlrd kubmetr hasilat qeydə alınıb.

Hesabat dövründə xaricə 18,4 milyard kubmetr qaz nəql edilib: Avropaya 8,6 mlrd, Türkiyəyə 7 mlrd (o cümlədən TANAP-la 4,2 mlrd), Gürcüstana 1,6 mlrd, Suriyaya isə 1,2 mlrd kubmetr çatdırılıb. AÇG və “Şahdəniz” istismara veriləndən cari ilin oktyabrın 1-dək ümumilikdə 684,5 milyon tona yaxın neft-kondensat və 540 milyard kubmetr qaz hasil olunub.

N. Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol