• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bank sektorunun aktivləri 60,9 milyard manata çatıb

Azərbaycanda bank sektorunun aktivləri 60,9 milyard manata çatıb
15.10.2026 11:19

Azərbaycan bank sektorunun aktivləri 2026-cı ilin ilk yarısında ötən ilin sonu ilə müqayisədə 6,8% artaraq 60,9 milyard manata çatıb.Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sabitliyi departamentinin direktoru Ataxan Həsənov bildirib.

Onun sözlərinə görə, hesabat dövründə bank sektorunun aktivlərinin ÜDM-ə nisbəti 2,5 faiz bəndi artaraq 46,7%-ə yüksəlib.

Həsənov qeyd edib ki, bank sektorunun balansının genişlənməsi əsasən fiziki şəxslərin müddətli depozitlərinin artması hesabına baş verib.

Belə ki, depozit portfelində unikal fiziki şəxs əmanətçilərin sayı ötən ilin sonu ilə müqayisədə 13,6% artaraq 220,6 min nəfərə çatıb.

2026-cı ilin birinci yarısının yekunlarına görə, bank sektorunun aktivlərinin strukturunda xalis kreditlər 29,9 milyard manat, likvid aktivlər 15,4 milyard manat, digər aktivlər isə 15,6 milyard manat təşkil edib.

Bank sektorunun öhdəliklərinin strukturunda isə tələbli depozitlər 23 milyard manat, müddətli depozitlər 16,8 milyard manat, digər öhdəliklər 13,6 milyard manat olub.

Aytac 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol